Yuxarı

Əliyevin bu addımları regionun taleyini dəyişdi – Axar TV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar TV İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın qazandığı əsas uğurlardan bəzilərini təqdim edir:

1) 2008-ci ildən ölkəmizin qatıldığı məşhur “Avroviziya” müsabiqəsinə Azərbaycan ilk dəfə 2012-ci ildə ev sahibliyi etmək hüququ qazanıb.

2) 2011-ci il oktyabrın 24-25-i Azərbaycan Sloveniyanı 40 səs fərqi ilə geridə qoyaraq, BMT Təhlükləsizlik Şurasının qeyri-daimi üzvü seçilib;

3) 2012-ci ilin may və 2013-cü ilin sentyabr ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib;

4) 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. Bu, 40 mlrd. dollarlıq layihədir. “Cənub Qaz Dəhlizi” 3 əsas kəmərdən - Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) və Şahdəniz 2 yatağından ibarətdir. TANAP bu ilin ortalarında, TAP isə 2020-ci ildə fəaliyyətə başlayacaq;

5) Tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunları məhz Bakıda baş tutub.2015-ci ilin 12 iyunundan 28 iyununa qədər davam edən idman yarışında 50 ölkənin 10 min idmançısı mübarizə aparıb;

6) Dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran Prisi 2016-cı ildən Azərbaycanda keçirilir;

7) Ölkəmizdə baş tutan idman yarışlarından biri də IV İslam Həmrəyliyi Oyunlarıdır. 2017-ci ildə baş tutan idman yarışında İslam Həmrəyliyi İdman Federasiyasının 56 üzvü iştirak edib;

8) Azərbaycanda sənaye parkları və sənaye məhəllələri yaradılıb. Avtomobil (gələcəkdə isə həm də avtobus) istehsal edən Neftçala Avtomobil Zavodunun təməli qoyulub. Martın sonunda bu zavodun istifadəyə verilməsi planlaşdırılır;

9) 2016-ci il dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb;

10) 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni saziş imzalanıb;

11) 2017-ci il oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmiryolunun açılışı olub. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycan ərazisinə düşür;

Son 15 ildə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan regionun liderinə çevrilib. Qafqazın ən böyük və ən güclü ordusuna malik olan Azərbaycan Ermənistanı bütün transmilli layihələrdən kənarda saxlamağı bacarıb.

Tarix
2018.03.13 / 07:00
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla