Yuxarı

Dəhşətli dövr: Bu, Rusiyaya baha başa gələcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Londonun ortasında “noviçok” adlı 3-cü nəsil, ancaq hərbdə istifadə edilən, Rusiyada istehsal olunmuş qazla zəhərləndirilməsi artıq ikinci belə hadisədir, bir neçə il öncə Aleksandr Litvinenkonu da Londonda “Polonium-210” ilə zəhərləyib öldürmüşdülər.

Axar.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu hadisədə Moskvanın əli olduğu sübut olunarsa, Kremlə bağlı olan, Britaniyada biznesi, daşınan-daşınmaz əmlak sahibi insanlar ciddi problemlə üzləşəcəklər:

“Rusiya ilə Britaniya arasında qızışmaqda olan qalmaqal Moskva üçün çox ağır nəticələrə səbəb ola bilər. Bir çox Rusiya məmurunun, Kremlə yaxın insanların övladları, yaxınları Britaniya vətəndaşıdırlar, onlarla da bağlı kəskin addımlar atıla bilər”.

Natiq Cəfərli onu da qeyd edib ki, Rusiya bu addımı ilə dünyaya mesaj verir:

“Moskvanın belə aqressiv, “publik”, görk olacaq qətllər etmə ehtimalı ciddi məsələdir, həm də ətraf ölkələrə mesajdır. Londonda belə addımlar atmağı bacaran bir ölkə öz yaxın ətrafında hər şey edə bilər. Məhz buna görə də ətraf ölkələrin siyasi elitaları Moskva ilə yumşaq davranmağa məcburdurlar. Belə davranışı anlamağa məcburuq”.

Dünyanın çox ağır, çətin, hətta dəhşətli bir qarşıdurma dövrünə qədəm qoyduğunu vurğulayan Natiq Cəfərli planetin siyasi elitasının davranışları və yanaşması ilə “oğru dünyasının” məntiqi arasında elə bir ciddi fərqin qalmadığını bildirib.

Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. İngiltərə Baş naziri Tereza Mey rusiyalı eks-kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsində Moskvanın məsuliyyət daşıdığını bildirib.

Tarix
2018.03.13 / 17:35
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla