Yuxarı

İrəvan Bakıya ciddi əsas verdi – Qarabağ müharibəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan hazırda böyük təşviş içərisindədir və bunu çox ağrılı şəkildə yaşayır.

Bu sözləri Axar.az-a Ermənistan XİN-in Azərbaycanda keçirilən hərbi təlimlə bağlı açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, son hərbi təlimlər erməni qoşunlarının çox gec olmadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasına dair İrəvana mühüm xəbərdarlıqdır:

“Ermənistan faktiki olaraq problemin həllində elə maneələr törədir ki, bu da prinsip etibarilə Azərbaycana güc tətbiq etmək üçün əsaslar yaradır. Bunu İrəvan da çox gözəl bilir. Bu baxımdan iki gündür Ermənistan mətbuatında isterika başlayıb və sözün əsl mənasında işğalçı ölkədə ah-vay yaşanır. Azərbaycan son illər mütəmadi olaraq genişmiqyaslı təlimlər keçirir. Bakı təlimlərdən öncə MDB ölkələrini, qonşu dövlətləri və ATƏT-i xəbərdar edirsə, demək, Azərbaycan bu prosesdə bütün prosedurlara riayət edir. Ermənistanın yalançı hay-küyü ondan xəbər verir ki, İrəvan həqiqətən də yaşadığı qorxunu cilovlaya bilmir və şikayətçi formasında çıxış etməkdən başqa çarəsi yoxdur”.

Politoloq qeyd edib ki, əslində düşmənin qorxusunu büruzə verməsi Bakının xeyrinə işləyir:

“Ermənilər bundan öncə Azərbaycanın öz müttəfiqləri - Türkiyə və Gürcüstanla keçirdiyi birgə təlimlərdən də yaman qorxuya düşmüşdü. Bu o deməkdir ki, müharibə olacağı təqdirdə, Ermənistan şəksiz uduzacaq. Ona görə də hesab edirəm ki, Ermənistan Azərbaycanın son xəbərdarlığını nəzərə almalı və işğal etdiyi Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır. Əks təqdirdə İrəvanın ikinci belə bir şansı olmayacaq”.

Qeyd edək ki, Ordumuzun genişmiqyaslı təlimindən qorxuya düşən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan “Azərbaycanda hərbi təlimlər təşkilatın üzvlərinə əvvəlcədən məlumat vermədən, ATƏT-in öhdəliklərinin açıq şəkildə pozulması ilə aparılır” demişdi.

Azərbaycan XİN isə əvvəlcədən planlaşdlırılan təlimlərlə bağlı ATƏT-in məlumatlandırdığını rəsmən elan etdi.

Azərbaycan Ordusu martın 12-dən genişmiqyaslı təlimlərə başlayıb. Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Tarix
2018.03.14 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla