Yuxarı

Qadınlara qarşı bunu edənlər məhvə məhkumdur - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində Lənkəranda qadınlarla görüş keçirib.

Axar.az xəbər verir ki, mərkəzin rəhbəri Təranə Məmmədova layihə, onun vacibliyi ilə bağlı danışıb və bu cür müzakirələrin faydalı olacağına inandığını deyib.

Q.Paşayeva bildirib ki, qadınlara qarşı ayrı-seçkilik və zorakılığın geniş yayıldığı cəmiyyətlər uğursuzluğa düçar olur:

“Gender bərabərliyi, qadınların biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Azərbaycan nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biridir”.

Q.Paşayeva tədbirdə təkliflə çıxış edərək bütün fəal qadınları, işgüzar xanımları, qadın təşkilatlarının həftədə bir dəfə şəhid, müharizə əlili və ya veteranı, məcburi köçkün ailəsinə, ailə başçısı itirmiş və uşaqları ilə çətin vəziyyətdə qalmış analara baş çəkməyə, onların qayğı və problemləri ilə maraqlanmağa çağırıb.

Millət vəkilinin təklifi qadınlar tərəfindən tam dəstəklənib.

Q.Paşeyeva həmçinin artan intiharların böyük narahatlıq və üzüntü yaratdığını bildirib.

Tarix
2018.03.16 / 23:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla