Yuxarı

Consonun rus səfirin əlini havada qoyması… - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın XİN rəhbəri Boris Conson Londondakı Rusiya səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina etməsi heç bir konvensiya pozuntusu deyil. Bu, iki ölkə arasında münasibətlərin soyumasını göstərən bir haldır.

Bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Boris Consonun Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina etməsini hüquqi baxımdan şərh edərkən deyib. F.Mehdiyev bildirib ki, belə hallar baş verdikdə qarşı tərəf də adekvat addımlar ata bilir:

“Vyana Konvensiyasında bu cür hallar tənzimlənmir. Bu, nəzakət qaydalarıdır. Nəzakət qaydalarının hansı formada, hansı dərəcədə olması heç bir konvensiya ilə nizamlanmır”.

Politoloq hesab edir ki, Consonun Rusiya səfirinin əlini sıxmaqdan imtina etməsinin böyük təhlükənin – konkret olaraq, müharibənin anonsu kimi qiymətləndirmək çətindir:

“Bu, hərbi toqquşma anonsu kimi dəyərləndirilə bilməz. Qərb və 4 dövlət Rusiyanı ciddi şəkildə qınayıb. Ancaq Rusiyaya qarşı müəyyən sanksiyaların tətbiq olunacağı böyük ehtimalla gündəmə gələcək. Bizim bilmədiyimiz nüanslar var. Onların şəxsi bizneslərinin açılması, buna dair məlumatlar böyük ehtimalla KİV-ə ötürülə bilər.

Əslində Rusiyanın bu sui-qəsddə istifadə etdiyi zəhər kütləvi qırğın silahı kateqoriyasına aiddir və həm də başqa dövlətin ərazisində tətbiq edib. Təbii ki, İngiltərə bunu suverenliyinə ciddi təhdid kimi qəbul edir. Bunu nəzərə almaq lazımdır ki, Rusiya bunu daha əvvəl də etmişdi. Onlar da belə düşünürlər ki, məsələyə çox ciddi reaksiya verilməsə, Rusiya buna davam edəcək”.

Qeyd edək ki, Böyük Britaniyanın XİN rəhbəri Boris Conson ötəngünkü qəbulda Londondakı Rusiya səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina edib. Bununla bağlı açıqlama verən səfir Aleksandr Yakovenko bildirib ki, bu Britaniyanın protokollarına və Vyana Konvensiyasına ziddir.

Tarix
2018.03.17 / 14:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla