Yuxarı

Qlobal Bakı Forumu müstəsna tədbirdir, çünki... - Tsvetkoviç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən bu il altıncı dəfə təşkil olunan Qlobal Bakı Forumu müstəsna tədbirdir, çünki bütün dünyadan siyasətçiləri və ekspertləri bir yerə toplayaraq dünyanın bütün regionları üçün vacib olan problemləri müzakirə etməyə imkan yaradır.

Axar.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Serbiyanın sabiq baş naziri Mirko Tsvetkoviç deyib.

M.Tsvetkoviç bildirib: "Bu cür tədbirlər təşkil etməklə Azərbaycan özünü həm regional, həm də dünya miqyasında vacib problemlərin həlli yollarını dayanmadan axtaran bir ölkə kimi tanıdıb. Bu forumda iştirak edən ölkələr bir sıra vacib problemlərin həllində istifadə oluan biləcək ideyalar irəli sürür".

Sabiq baş nazir həmçinin hazırda Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti dəstəklədiyini bildirib:

"Biz Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, eyni zamanda qlobal iqtisadi layihələrin, o cümlədən enerji layihələrinin reallaşdırılması üçün atılan attımları görməkdən məmnunuq".

Azərbaycan tərəfindən qeyri-enerji sektorunda həyata keçirilən işlər barədə danışan M.Tsvetkoviç deyib ki, ölkədə həyata keçirilən tikintinin genişləndirilməsi, nəqliyyat və logistika layihələrinin reallaşdırılması üzrə işlər Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətində də müşahidə olunur:

"İnkişaf etməkdə olan bu sahələr Azərbaycana enerji xammalından asılılığı aradan qaldırmağa və daha mütərəqqi iqtisadi hədəflərə çatmağa imkan verəcək".

Qeyd edək ki, Azərbaycan paytaxtında "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu işini davam etdirir.

Forumda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Bu gün VI Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Martın 17-dək davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq.

Tarix
2018.03.17 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla