Yuxarı

Dünyanın problemləri Bakıda müzakirə edilir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal Bakı Forumun artıq 6-cı dəfədir ki, keçirilir və bu o deməkdir ki, Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsinə maraq artır.

Bu sözləri Axar.az-a VI Qlobal Bakı Forumu ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, Qlobal Bakı Forumu dünyada gedən prosesləri müzakirə etmək üçün çox böyük platformadır:

“Forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı və belə tədbirlərin məhz ölkəmizdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İllər keçdikcə bu forumun möhtəşəmliyi daha qabarıq görünür. Ümumiyyətlə, forumla bağlı təəssüratlarım olduqca yüksəkdir. Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri, sabitlik və təhlükəsizliyin təmin edilməsi yolunda mühüm təşəbbülərin irəli sürülməsi çox mühüm hadisədir. Hesab edirəm ki, məhz bu təşəbbüslərin sayəsində dünyadakı bir çox problemli məsələlərin həllinə nail olmaq mümkün olacaq. Substantiv dialoqu dəstəkləyən belə forumların keçirilməsi indiki dönəmdə olduqca vacibdir. Ona görə də bu forumun davamlı olmasının tərəfdarıyam”.

Millət vəkili bildirib ki, VI Qlobal Bakı Forumu dünyadakı münaqişələrin həllinə də öz töhfəsini verəcək:

“Bu cür beynəlxalq plaformalar Dağlıq Qarabağ və bənzər problemlərin həllinə yaxınlaşmaq baxımından əlverişlidir. Forum vasitəsilə Ermənistanın bu gün də Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bu isə belə bir zamanda nəinki Bakının maraqlarına cavab verir, hətta hadisələrin Azərbaycanın xeyrinə inkişafına yol açır”.

Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Martın 18-dək davam edəcək bu tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq.

Tarix
2018.03.18 / 10:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla