Yuxarı

Rusiya bu savaşa hazır deyil: daha sərt cəza gəlir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya apardığı siyasət nəticəsində özünü Qərb dünyasından təcrid edir.

Bu sözləri Axar.az-a Rusiya ilə Böyük Britaniya arasında Skripal olayına görə yaşanan gərginliklə bağlı danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib.

“Rusiya ilə Britaniya arasında gərginlik durmadan artır. Bu gərginliyin Soyuq müharibəyə aparıb-aparmayacağını indidən söyləmək olduqca çətindir. Əvvəllər Soyuq müharibə olanda iki blok - kommunizmlə kapitalizm qarşı-qarşıya dururdu. Yəni SSRİ-nin ətrafında müttəfiqləri var idi. İndi isə Rusiyanın demək olar ki, heç bir ideologiyası yoxdur. Yəni ortada ideoloji toqquşma yoxdur və əslində Rusiya təkbaşınadır. Ona görə də bunu “Soyuq müharibə” adlandırmaq çətindir. Hər halda görünən odur ki, Rusiya apardığı siyasət nəticəsində özünü Qərb dünyasından təcrid edir”.

Millət vəkili bildirib ki, Britaniya tərəfinin Rusiya diplomatlarının qovulması ilə bağlı mövqeyindən sonra Rusiyanın da analoji qərarı gözlənilən idi.

R.Musabəyov Skripal olayında Putinə qarşı irəli sürülən ittihamların hələ müəmmalı olduğunu bildirib:

“Hər halda düşünürəm ki, istintaq davam edəcək. Əgər bu olayda bilavasitə Rusiya xüsusi xidmət orqanlarının rolunun olduğu faktlarla təsdiqlənərsə, təbii ki, Rusiya daha sərt sanksiyalarla üzləşəcək”.

Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya Sergey Skripal və qızının zəhərlənməsi olayında Rusiyanı ittiham edib.

Britaniya olayı BMT TŞ-nin toplantısında müzakirəyə çıxarıb.

Fransa, ABŞ, Almaniya, Polşa isə Britaniya ilə həmrəy olduqlarını bildiriblər.

Böyük Britaniyanın 23 rus diplomatın ölkədən departasiya olunacağını açıqlamasının ardından Rusiya da 23 ingilis diplomatını qovacağını bəyan edib.

Tarix
2018.03.18 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla