Yuxarı

Rusiya xalqına layiqli prezident... - Ziyafət Əsgərov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz artıq bir neçə gündür ki, Moskvadayıq, bunadək isə MDB-nin Parlamentlərarası Assambleyasının müşahidə missiyası çərçivəsində Rusiyanın başqa şəhərlərində olduq. Azərbaycan nümayəndəsinə belə bir fəxri missiyaya rəhbərliyin etibar edilməsi ikiqat sevindiricidir, bu həm də ikiqat məsuliyyət deməkdir.

Report xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov Moskvanın Arbat rayonunda 3 saylı seçki məntəqəsinin açılışında deyib.

O, MDB Parlamentlərarası Assambleyası missiyasının koordinatoru təyin olunduğuna görə minnətdarlığını ifadə edib.

Azərbaycan nümayəndəsi seçkilərin şəffaf, səsvermə prosesinin Konstitusiyaya və Rusiyanın seçki qanunvericiliyinə uyğun keçdiyini qeyd edib.

Z. Əsgərov bildirib ki, Rusiya xalqı bütün MDB dövlətlərinin əməkdaşlıq edəcəyi prezidenti seçir.

"Biz həm Rusiyada, həm Azərbaycanda, elcə də digər MDB ölkələrində sabitliyin olmasında maraqlıyıq. Çünki sabitlik olmasa, inkişaf da olmaz. İnkişaf varsa, sabitlikdə var, iqtisadiyyat işləyir. İqtisadiyyat işləyirsə, bu, insanlar üçün yaxşıdır. Allaha şükür, bu gün Rusiyada sabitlik var, stabillik şəraitində prezident seçkiləri keçirilir. Dünən Rusiyanın müxtəlif subyektlərində olan missiya üzrə həmkarlarımız öz hesabatlarında federasiyanın digər regionlarında da vəziyyətin sakit olduğunu, seçkilərin təşkil olunduğunu və Rusiya qanunvericiliyinə uyğun keçirildiyini xəbər veriblər. Rusiya xalqına layiqli prezident seçmək yolunda uğurlar arzu edirik", - deyə MM-in vitse-spikeri bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya seçkilərində təhlükəsizlik məsələlərinə böyük diqqət ayrılıb.

"Vətəndaşlar seçki məntəqəsinə daxil olarkən ciddi yoxlamadan keçirlər, seçki məntəqəsi və komissiya binaları etibarlı mühafizə altındadırlar ki, bu da təhlükəsizliyin yüksək olmasından xəbər verir", - deyə Z.Əsgərov söyləyib.

Tarix
2018.03.18 / 18:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla