Yuxarı

Tamaşa bitdi: Rusiyada əsl mübarizə indi başlayır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin bundan əvvəlki seçkidə, yəni 2012-ci ildə 63% səs toplamışdı. Bu dəfə daha parlaq zəfər əldə etdiyi elan olundu, baxmayaraq ki, ötən müddətdə əhalinin sosial-iqtisadi durumu mənfiyə doğru dəyişib. Amma əhalinin Putinin apardığı aqressiv və güzəştsiz xarici siyasəti dəstəkləyən, SSRİ-nin qüdrətinin xiffətini çəkən millətçi təbəqəsinin könlünü oxşayan Krımın alınması faktını da qeyd etmək zəruridir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyada prezident seçkisinin yekununu şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, Putinin bu gün Rusiyanın ən reytinqli siyasətçisi olduğuna şübhə yeri yoxdur:

“Bu 76 faiz ona görə lazım idi ki, rus xalqının öz lideri ətrafında sıx birləşməsi, Putinin milli lider statusuna yüksəlməsi dünyaya, xüsusən Putinin bədxahlarına nümayiş etdirilsin. Amma digər tərəfdən, narazı elektoratın əsas siması Aleksey Navalnının seçkiyə buraxılmamasını, fəaliyyətdə olan prezidentin seçkiqabağı dövrdə media məkanı da daxil olmaqla, ölkə həyatında hər baxımdan dominant rol oynamağa davam etməsini və dövlət aparatının tamamilə ona çalışmasını da gözardı etmək olmaz”.

Müxalif kimi görünən namizədlərə gəldikdə isə politoloq qeyd edib ki, burada Kiriyenko başda olmaqla, Kreml texnoloqlarının səhnələşdirdiyi və təkcə bu seçki ilə məhdudlaşmayan tamaşadan danışmaq olar:

“Dumaya son seçkilər göstərmişdi ki, Rusiya toplumu apatiya vəziyyətindədir və siyasətə marağını itirib. Kseniya Sobçak, Pavel Qrudinin kimi yeni simaların önə çıxarılması seçki prosesinə müəyyən həyəcan qatmaq, prosesə ictimai marağı artırmaq məqsədi güdürdü. Kseniya Sobçakın Krımın Ukraynaya qaytarılması, homoseksualların hüquqlarının təmin olunması və rus cəmiyyətində isti baxılmayan digər marginal yanaşmalar ortaya qoyması ilə ictimaiyyətə son vaxtlar toparlanmaqda olan rus liberallarının “əsl siması” bir daha nümayiş etdirildi. Navalnı özünü bu dar ideoloji və elektoral çərçivəyə salmır və daha geniş kütlələrə xitab edir”.

Ş.Cəfərlinin sözlərinə görə, Qərbdə bank hesabları olan şəxsin kommunistlərin yeni lideri qismində cəmiyyətə təqdim olunması da məqsədyönlü gediş idi:

“Rusiya cəmiyyətində sol ideyaların münbit zəmini var və sol spektrdə Züqanovdan sonra kütlələri həyəcanlandıracaq dinamik, mübariz liderin ortaya çıxması ehtimalı Kremli narahat etməyə bilməz. Düşünürəm ki, Qrudinin bu ehtimaldan sığortalanmaq üçün önə çıxmasına şərait yaradılan bir fiqurdur. Amma kommunistlər Rusiya siyasətində önəmli güc olaraq qalır”.

Politoloq seçkidə rəqabət mühiti və gerçək mübarizənin müşahidə olunmadığını, əsl mübarizənin bundan sonra başlayacağını bildirib:

“Putin əgər Konstitusiyanı dəyişib ömürlük prezident olmaq qərarına gəlməsə, ölkədə hakimiyyət uğrunda mübarizə tədricən qızışacaq. Bir tərəfdən Putinin varisi olmaq uğrunda saray daxilində rəqabət artacaq, digər tərəfdən isə sistem xaricindəki müxalifət daha təsirli faktora çevriləcək. Navalnı aktiv boykot taktikası ilə sistemli və ardıcıl iş apardığını bir daha nümayiş etdirdi”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində 76,67% səslə qalib gəlib.

Bu göstərici Putinin indiyə qədər bütün seçkilərdə topladığı ən yüksək nəticədir.

Tarix
2018.03.19 / 10:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla