Yuxarı

Rusiyada silkələnmə: yeni baş nazir kim olacaq? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, Rusiyada prezident seçkisinin əsas intiriqası kimin seçiləcəyi deyil, ikinci yeri kimin, neçə faizlə tutacağı, yaxud da gələcəyin liderinin müəyyənləşib-müəyyənləşməməsi ilə bağlı idi.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyada prezident seçkisinin yekunu fonunda qarşıda bu ölkəni gözləyən dəyişiliklərlə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Putinin prezident seçilməsinə baxmayaraq, ikinci yer uğrunda qiyabi mübarizənin lideri ənənəvi yeni şəxs idi:

“Bu göstərir ki, ruslar artıq ənənəvi simalardan beziblər və yenilik axtarışındadırlar. Qrudininin kifayət qədər böyük rəqəmlə ikinci yeri tutması ondan xəbər verir ki, artıq Rusiyada ənənəvi müxalifət də öz rolunu oynayır və ya yeni simalarla əvəz olunur”.

Politoloqun sözlərinə görə, Putinin dəst-xətti bundan sonra da dəyişməyəcək:

“Lakin müəyyən taktiki dəyişikliklər ola bilər. Çünki Rusiya yeni sanksiyalar təzyiqi altındadır və bu sanksiyalar getdikcə mürəkkəbləşir. Hakimiyyət bununla bağlı nəsə etməlidir. Putin seçkiqabağı çıxşlarında layiqli cavab verəcəklərini bəyan etmişdi. Bunun nə olacağını zaman göstərəcək. Çox güman ki, Rusiyanı qarşıda çətin zamanlar gözləyir. Digər tərəfdən Rusiyadaxili müxalifət və hakimiyyət düşəgəsində də müəyyən dəyişiklik baş verə bilər. Belə ki, baş nazir postunu kimin icra edəcəyi yaxın müddətdə həll olunacaq. Rusiya hakim dairələrində köhnə simaların yeniləri lə əvəzlənməsi istisna edilmir”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Vladimir Putinin böyük səs çoxluğu ilə birinci, Pavel Qrudininin də ikinci olacağı bəlli idi:

“Ən böyük sürprizi Kseniya Sobçak etdi, o, Rusiya liberal demokratlarının tanınmış lideri və ölkənin hər yerində partiya şöbələri olan Qriqori Yavlinskini az da olsa, qabaqlaya bildi. Fikrimcə, Sobçak bu tempdə davam etsə, gələcəkdə liberalların ən tanınmış simasına çevrilə bilər. O gəncdir, tükənməz enerjisi var və sadə vətəndaşın problemlərini yerindəcə həll etməyə çalışır. Əlbəttə, bütün hallarda Rusiyada liberal ideya hələ uzun illər populyar olmayacaq, ancaq Sobçak liberalların lideri olmaq iddiasını gücləndirməyə çalışacaq”.

Siyasi şərhçi qeyd edib ki, Pavel Qrudininin qazandığı ikincilik onu solçu-kommunist blokun gələcək liderinə çevirə bilər: “Onsuz da yaşı 80-ə çatan Kommunist Partiyasının lideri Gennadi Züqanovu əvəz edən lazımdır”.

Tarix
2018.03.19 / 16:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla