Yuxarı

Mir Şahin: Müxtəlif çağırışlar edən bu adamcıqlar... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar və maşaçılar! Niyə maşaçılar?

Əvvəlcə, maşa haqqında. Maşa ocağı qarışdıraraq alovu daha tez almaq üçün istifadə olunan alətdir. Maşanın adətən iki dili olur. Və başqa işə yaramır.

Hər şeyi adı ilə çağırmaq lazımdır!

Bu gün biz Azərbaycana uzanan maşalarla rastlaşırıq. Azərbaycan dilində danışan oğrun birləşmə və fərdlərin əlaqələndirilmiş təcavüzü ilə üzləşməkdəyik. Kosmopolit düşüncəyə malik belə mövcudluqlar əsasən sosial şəbəkədə doğulduqlarından onların konkret (точечный) ata-anası yoxdur. Onlarda bizim qavrayışımıza uyğun olan "vətən", "xalq" anlayışı yoxdur. Onlar sehrli bir geyimdən sonra gözəgörünməzləşən "monstr-məxluqlar" kimidir: görünməzliyin yaratdığı qüdrətdən, fövqəlfürsətdən istifadə edərək istədikləri qapıdan və ya pəncərədən iznsiz soxulur, təxminən qətlə yetirir, təxminən zorlayır, təxminən oğurlayır, təxminən... Bir sözlə, arzu və fantaziyalarının bütün ağlagəlməz yaramazlıqlarını virtual həyata keçirirlər. İşin, daha doğrusu, belə mutantlıqla mübarizənin çətin tərəfi də elə burasındadır. Sənin yerin məlumdur, bütün göstəricilərin realdır. Qarşı tərəfin isə uzaqbaşı adının ya rafi, ya da ser gey olduğunu bilirsən. Və onu da dəqiq bilmirsən ki, ad saxtadı, ya gerçək!

...Kiməsə elə gələ bilər ki, Azərbaycandan və deməli, onun qanun zonasından da uzaqda Azərbaycana, onun qanuni hakimiyyətinə təhqirlər yağdıran, müxtəlif yönlü çağırışlar edən bu adamcıqlar demokratık Avropa mühitinin təbii törəməlidir. Yəni Avropadı da, burda insan azadlığı var, söz azadlığı var, demokratiya var, filan... Guya belə hallar Almaniya, Niderland, Fransa və s. kimi ölkələr üçün adi haldır. Amma nəsə mənim yadıma gəlmir ki, hansısa başqa bir Avropa ölkəsinin içində oturan keçmiş alman və ya almaniyalı kansler Merkeli açıq təhqirlərə qonaq etsin. Deməli, bu adi simptom deyil. Həm də üzdən və gözdən iraq "azərbaycanlılar" elə belə çıxışlar etmir, tələblərində "istefa"ya qədər gedib çıxırlar. Orduxanlar tipi, Tural kimilər fəsiləsi hətta belə də deyirlər: "Devirəcəyik! Devriləcəksiniz!"

Dövlət faktiki olaraq çevriliş cəhdləri ilə təhdid edilir. Azərbaycan hakimiyyəti isə hələ ki, heyrətamiz soyuqqanlılıq, hövsələ nümayış etdirir. Azərbaycana qarşı təbliğat-diversiya platsdarmı kimi istifadə olunan ölkələrin ölkəmizdəki səfirliklərinə qulaqvurmaları edilməlidir.

Ona görə ki, baş verənləri belə də qiymətləndirmək olar: Başqa bir dövlətin daxili işlərinə qarışmaq üçün ayrı-ayrı şəxs və birləşmələrə şərait yaratmaq! Deməli, müstəqil bir dövlətin daxili işlərinə qarışaraq, konstitusion quruluşu devirməyə çağırışlar etmək. Əlbəttə, Azərbaycan emosionallıqdan uzaq şəkildə öz siyasi-beynəlxalq həyatını davam etdirir. Avropanın özünəməxsus şıltaqlıqlarına baxmayaraq, elə həmin Avropanın da maraqlarında olan qlobal layihələrin müəllifi və investoru kimi öz yolundadır. Bu yaxınlarda Bakıya Avropa nazirlərinin müşavirəsinə və Qlobal Foruma gələn böyük-böyük Avropa məmurları da özlərini elə aparırdılar ki, guya heç nə baş vermir. Qoy olsun. Yəqin hər iki tərəf bilir ki, hansı mövzuda susulur... Amma bu dövləti soyuqqanlıq vətəndaşı da arxayınlaşdırmamalı, onu yuxuya verməməlidir. Təhlükəlidir ki, hətta bəzən "onlara baş qoşmaq lazım deyil, reklam etməyin!" kimi öz məsuliyyətsiz laqeydliyinə haqq qazandıranlar da peyda olur. Məncə, yanaşma düzgün deyil.

Hər bir jurnalist, sosial şəbəkəyə çıxışı olan, bu məkanda baş çıxarmağı az-çox bacaran hər bir kəs öz adı və soyadı ilə ortada olmalı, öz profilinə və hesabına səngər kimi yanaşmlıdır. Bəlkə də bu fikri ilk dəfə eşidəcəksiniz. Amma sosial şəbəkədə Azərbaycanın məruz qaldığı diversiyadan sonra yaranmış vəziyyəti mən çəkinmədən belə adlandırıram. Bizə-Azərbaycanın mediya mənsublarına genişmiqyaslı müharibə elan edilib! Bu müharibədə biz uduzmamalıyıq. Buna haqqımız yoxdur! "Onlar bizim səviyyəmiz deyil, heç nə eləyə bilməzlər, yel qayadan nə aparar tipli" muğamat fəlsəfəsindən doğan əmin-arxayınlıq burda işə yaramayacaq, onlar rep fəlsəfəsilə yaşayanlardır, bizim üçün ayıb olan şeylər var ki, o realı vurtualına qarışmış dərbədərlər, boşboğaz internet xuliqanları üçün adi həyat tərzidir. Onlardan ötrü ana-bacı namusu da dəyişikliyə uğrayıb. Məsələn, "bacılarımı verdim sizə, özüm də gedirəm BMT-yə şikayətə!" deyən "qeyrət komikadzesi" bizim bacımızın ləyaqətini qoruyacaq? Sizin onlardan peyvəndiniz var? Bəli, etiraf etməliyik ki, Azərbaycan üçün sosial mediada müharibə aparmaq yeni məsələdir. Özü də bu günün təbliğat tonu, akademik dil-üslub xətti ilə. Qarşı tərəf ağzına gələni özünə rahat şivədə tolazlayır, biz isə elə bil elmi iş yazırıq, özü də imzamızı da qoymuruq. Nə var, nə var bacısını polisə bağışlayıb BMT-yə şikayət edənlər söyüş söyəcəklər! Bax içimizdə bu təhdiddən qorxaraq altını batıran zəiflər də tapılır. Belələri ikinci dünya müharibəsində faşistlərin geyim və nişanlarını taxar, düşmən tərəfə işləyərdilər. Ən gülməlisi bilirsiniz nədir: bəşəriyyətə Hitleri verən bir ölkənin ərazisindən Azərbaycana Diktatura ittihamı gəlir! (... Potensial avtobus sürücüsü Niderlandın o boyda krallığında oturub "Ay aman qoymayın, Azərbaycan krallıq olur!" deyə qəhvə şivəlik salır! 203 ildir ki, krallığın idarə etdiyi ölkədə e!!! Ağlınıza keçə yamayım elə! Respublika Azərbaycanına kral Niderlandını nümunə gətirirsiniz, məntiqsiz köpük uşağı! Əgər Azərbaycan da öz müstəqilliyinin 203 illiyini elə Krallı Niderland kimi qeyd edə biləcəksə qoy etsin! Camaatın həssas yerini də tapıblar guya.

Dövləti, Prezidenti, Ali Baş Komandanı müdafiə xarakterli yazı, status və şərh yazanları dərhal təhqir atəşinə tuturlar. Söyürlər, adını da qoyurlar demokratiya. Əgər demokratiya budursa, demokratiyanın insan sifəti Orduxan, Tural, Rafael kimi sergeylər və ya onların belə tərbiyəsiz törəmələridirsə, hansısa xoşbəxt gələcəyi onlar anons edirlərsə, mən hamını bu kütləvi ayıbçılıqla mübarizəyə çağırıram. Və bu mübarizə konkret və ünvanlı olmalıdır. Mötəbər Xarici İşlər nazirliyimizin hikmətli kəlamlarına, səfil-sərgərdanlaşmış həmyersizlərimizin çuğulçuluqlarına qarşı addımları barədə məlumatlarına, Azərbaycandan kənarda yaşayan normal və tərbiyəli Azərbaycanlılarımızın əks cavablarına əşhəddü-ehtiyacımız var. Çünki Azərbaycan bayrağına bükülərək bu dövləti guya sevdiyini nümayiş etdirən haramzadalar elə həmin Azərbaycanın Bir nömrəli şəxsiyyət vəsiqəsini daşıyan kəsi təhqir edirlər. Bu təhqir kompaniyasında Azərbaycan bayrağından istifadə olunur. Belə olan halda hər bir Azərbaycan vətəndaşı özünü təhqir edilmiş saya bilər. Mən özümdən başladım! Heç kim cavabsız qalmayacaq! Özü də bu sözləri mən Real Televiziyasının rəhbəri kimi deyirəm. Bu dava həm də mənim davamdır. Şarikovları tanıyanlar bilir ki, onlar vücudlarını nə qədər dəyişsələr də it xislətindən çıxa bilmirlər. İtlərə isə hürriyyət sözünün ilk üç hərfinin dəxli var. Sadəcə “hür”ün və ya hürün!! Hürriyyət isə bir başqa mətləbdir!

Real Tv

Tarix
2018.03.19 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla