Yuxarı

Putinin bu vədi nə dərəcədə reallaşa bilər? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanksiyalar Rusiya iqtisadiyyatının inkişafına imkan vermədi.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov Putinin qələbə çıxışında Rusiyanın daxili inkişafı üçün potensialın olması və bunu hədəflədikləri haqda fikrinə münasibətində deyib. Ekspert bildirib ki, dörd il əvvəl Rusiyaya tətbiq edilən sanksiyalarla hazırda tətbiq edilən sanksiyaların əhatə dairəsi və kəskinliyi arasında xeyli fərq var:

“Rusiyaya tətbiq edilən sanksiyaların dairəsi getdikcə daha da genişlənir. Üstəlik, hazırkı sanksiyalar daha genişmiqyaslıdır, çox fərqli sektorları və insanları əhatə edir. Əslində, Rusiyaya Moskvanın öncədən proqnozlaşdıra bilmədiyi dərəcədə ağır sanksiyalar tətbiq olunur. Digər tərəfdən Rusiyanın Avropa, xüsusən də Böyük Britaniya ilə münasibətlərinin gərginləşməsi də Rusiyaya qarşı köhnə qitədə daha ağır sanksiyaların tətbiq edilməsi ehtimalını artırır. Bu baxımdan sanksiyalar xüsusən də İranın nümunəsində ölkəni məhz daxili istehsalın inkişafına təşviq edə bilər. Ancaq sanksiyalar heç bir halda ölkə iqtisadiyyatı üçün əlverişli deyil. Çünki Rusiyaya tətbiq edilən sanksiyalar ölkənin daxili inkişafı üçün zəmin yaratmadı”.

İqtisadçı bildirib ki, növbəti illərdə Avropa Birliyi, xüsusən də Böyük Britaniyanı dəstəkləyən aparıcı ölkələrin liderləri - Fransa, ABŞ və Almaniya daha kəskin sanksiyalar tətbiq edərsə, Rusiya iqtisadiyyatı bir az da zəifləyəcək:

“2019-cu il Rusiya iqtisadiyyatı üçün kifayət qədər çətin ola bilər. Çünki ixrac imkanlarının məhdudlaşdırılması, maliyyə sektorundakı çətinliklər Rusiya iqtisadiyyatına daha ciddi təsir gösətərə bilər ki, bu da özünü rublun ucuzlaşmasında və ölkədə sosial vəziyyətin pisləşməsində göstərə bilər. O baxımdan sanksiyalar Rusiya üçün yaxşı heç nə vəd etmir və nəticə etibarilə embarqoların qalması 2019-cu ildə Rusiya iqtisadiyyatının daha çox zəifləməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, Vladimir Putin prezident seçkiləri günü qələbə çıxışında Rusiyanın daxili imkanlarının inkişafı üçün şərait olduğunu və bunun hədəf götürüldüyünü bildirib.

Tarix
2018.03.20 / 10:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla