Yuxarı

İrəvan qorxuda: Ankara-Moskva dialoqu və Bakının şansı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistan Türkiyə ordusunun Suriyadakı qələbələrindən yaman narahatdır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Türkiyə Afrinlə kifayətlənməyəcək, irəriləməkdə davam edəcək, növbədə hətta İraq ərazisində əməliyyatların keçirilməsi planı var:

“Bu baxımdan Ermənistanın narahatlığı anlaşılandır. Türkiyə quru sərhədi olan bir ölkədə - Suriyada hərbi əməliyyat keçirir, həmçinin İraqda da belə bir hərbi əməliyyat planlaşdırır. Türkiyənin digər quru sərhədi olan Ermənistan isə qara-qara düşünür ki, daha sonra növbə kimə çata bilər? Ermənistan Rusiyaya arxayın olsa da, İrəvan Ankara-Moskva dialoqundan və razılaşmalardan da ciddi narahatlıq keçirir”.

Politoloq bildirib ki, Azərbaycan bölgədə yaranan bu vəziyyətdən istifadə etməyi bacarmalıdır:

“Birincisi, Türkiyə ordusunun uğurları fonunda Azərbaycanın strateji müttəfiqi ilə yeni hərbi anlaşma imzalamasına ehtiyac var. Bu anlaşma hərbi ittifaqı yeni bəndlərlə gücləndirmək mahiyyəti daşıya bilər. İkincisi, elə bu ərəfədə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Naxçıvanda və cəbhə bölgəsinə yaxın ərazidə keçirilməsi də işğalçıya ciddi mesaj olardı. Üçüncüsü, Azərbaycanın Afrinin yenidən qurulmasına, o cümlədən infrastruktur çalışmalarında iştirakı arzuolunandır. Əlbəttə, bunun üçün Ankaranın Bakıya müraciəti vacibdir və mənə elə gəlir ki, Bakının arzusu olarsa, Ankara bu müraciəti gecikdirməz. Bu da iki ölkə arasındakı hərbi ittifaqın gücləndirilməsinə xidmət edər, həm də bizə gələcəkdə azad olunan torpaqlarımızda infrastrukturun yenidən qurulması məsələsində gərəkli təcrübə qazandırar”.

Tarix
2018.03.23 / 15:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla