Yuxarı

Putin şəxsən Buşa xəbərdarlıq etmişdi və hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb siyasi arenasında artıq yeni formatlar yaranır, ənənəvi partiyalar siyasi meydandan çıxır, onların yerini isə qeyri-ənənəvi siyasətin davamçıları tutur.

Bu sözləri Axar.az-a Fransanın eks-prezidenti Nikola Sarkoziyə qarşı irəli sürülən korrupsiya ittihamı ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, qeyri-ənənəvi siyasətin davamçıları hazırda Fransada öz mövqelərini möhkəmləndirməyə çalışırlar:

“Elə Makron da bu qeyri-ənənəvi siyasi platformanın əsas nümayəndəsidir. O, hazırda geriyə dönən bütün yolları kəsməyə çalışır. Ənənəvi müxalifətin nümayəndələri isə revanş əldə etməyə və beləliklə də indiki islahatları səngitməklə tədricən ənənəvi sistemi bərpa etməyə cəhd edirlər. Bu qüvvələrin arasında da görkəmli sima məhz Sarkozi idi. Bu prosesin siyasi tərəfləri də var. Belə ki, Fransanın yeni siyasi elitası göstərir ki, keçmiş ənənəvi siyasətin davamçıları hakimiyyətdə qalmaq üçün bu cür məsələlərə əl atırdılar. Bununla da yeni siyasi elita Sarkozinin timsalında o simaları ifşa edərək, indi öz mövqelərini bərkidirlər”.

Politoloq Şahin Cəfərli isə prosesə Qərbdə müşahidə olunmağa başlayan özünütəmizləmə çabaları kontekstində yanaşıb:

“Zaman ötdükcə ortaya çıxdı ki, Qərb iqtisadi-maliyyə sistemi ilə sıx inteqrasiyaya gedən, Rusiya başda olmaqla, korrupsiya pullarını ora axıdan dövlətlər və bu dövlətlərdə əmələ gələn yeni insan tipi - siyasətçi-iş adamı simbiozundan ibarət hibrid individlər heç də Qərb dəyərlərinin vurğunu deyil. Tam əksinə, onlar Qərb siyasətini korrupsiyalasdıraraq özlərinə oxşatmağa, zamanla Qərb liberal-demokratik sistemini içəridən təhdid etməyə başladılar. Korrupsiya pullarının bir qismi Avropadakı anti-liberal, revizionist, populist, radikal siyasi qüvvələrin maliyyələşdirilməsinə yönəldildi. Sarkozi, Bler, Şröder, Berluskoni kimi merkantil maraqları üstün tutan vizyonsuz liderlər nəsli Qərbin mənəvi üstünlüyünü heçə endirdilər. Onlardan sonra gələn Obama, Kemeron, Merkel, Olland kimi liderlər isə sələfləri qədər əxlaqi çöküş yaşamasalar da, ciddi zəiflik göstərdilər. Obama 2007-ci il Münhen nitqi və bunun ilk praktik addımı kimi 2008-ci ildə Gürcüstana hərbi müdaxilə ilə revanşist, neoimperial kursun startını verən Putini axmaq “reset” siyasəti ilə daha da cəsarətləndirdi. Ondan əvvəl isə NATO-nun 2008-ci ilin 2-4 aprel tarixli Buxarest zirvə toplantısında Sarkozi və Merkel Gürcüstan və Ukraynaya “Üzvlük üçün Fəaliyyət Planı” (MAP) verilməsinə veto qoymuşdular. Sammitin ən hörmətli qonağı olan və Rusiya-NATO komissiyasının qapalı iclasına qatılan Putin şəxsən Buşa və Avropa liderlərinə xəbərdarlıq etmişdi ki, əgər bu keçmiş sovet respublikalarına MAP versəniz, Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyacaq, Ukraynanın isə ümumiyyətlə bir dövlət kimi mövcudluğuna son qoyulacaq. Putinin hədəsi Qərb tərəfindən nəzərə alındı və onlar öz mövqelərindən geri çəkildilər, lakin Putin bunu zəiflik kimi qiymətləndirərək öz hədəsini elə həmin il Gürcüstanda, 6 il sonra isə Ukraynada reallaşdırdı. Ukrayna hadisələrindən sonra Qərbdə, nəhayət, bir daha başa düşdülər ki, Moskva ancaq güc dilindən anlayır. İndi bu təmizlənmə çabalarının nə dərəcədə ciddi və məqsədyönlü olduğunu da görəcəyik. Öz dəyərlərinə geri dönməməsi Qərbin çöküşü olar”.

Qeyd edək ki, Sarkozi 2007-ci ildə Liviyanın eks-lideri Müəmmər Qəzzafidən öz seçki kampaniyası üçün qeyri-leqal pul almaqda ittiham olunub. Sarkozi bu ittihamların heç birini qəbul etməyib.

Tarix
2018.03.24 / 10:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla