Yuxarı

Hafiz Hacıyev: “Tağı Əhmədovun vəzifədən getmək vaxtıdır“

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla media işçiləri arasındakı dava-dalaş müzakirə olunmaqda davam edir. ANS telekanalının metropoliten rəisi haqqında hazırladığı video-süjetdən sonra siyasətçilər də buna öz münasibətini bildirməyə başlayıb.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Axar.az"a danışaraq Tağı Əhmədov haqda sərt sözlər dedi:

"Tağı Əhmədovda bir balaca kobudluq var. İstəməzdim ki, o, insanlarla, əsasən də jurnalistlərlə bu cür davransın. Media işçiləri ilə davranışlara diqqətlə yanaşmaq lazımdır. Prezident həmişə jurnalistlərə qarşı diqqətli olur, onların dostudur, onların qayğısına qalır, ev problemlərinin həlli üçün çalışır. Gərək onun məmurları da bu cür olsun. Tağı müəllimin davranışları heç də düzgün deyil. Onun yaşının o vaxtıdır ki, gərək ona sual verən jurnalistlərlə xoş və mülayim davransın. Belə hərəkətlər prezidentin apardığı uğurlu siyasətə kölgə salır. Məmurlar bunu başa düşməlidir. Onlar görməlidir ki, prezident necə sadə yaşayır, jurnalistlərin dostudur, xalqın rahatlığı üçün çalışır. Onlar prezidentdən artıq deyil ki?"

Partiya sədri metropoliten rəisinin vəzifədən getmək vaxtının çatdığını da bildirdi:

"Düşünürəm ki, buraxdığı səhvlər bunu deməyə əsas verir ki, Tağı Əhmədovun vəzifədən getmək vaxtıdır. Uzun illərdir ki, o bu vəzifədə rəhbər kimi çalışır. Azərbaycanda hələ o siyasi mədəniyyət formalaşmayıb ki, kimsə vəzifəsindən çıxarılmamış özü istefa versin. Bu nadir hallarda olan məsələdir. Düşünürəm ki, prezidentin siyasi kursuna xələl gətirən adamlar siyasətdən getsələr yaxşıdır. Kimsə dövlətə yükdürsə, dövlət başçısına yükdürsə vəzifəsindən getməlidir. Tağı müəllim də belə səhvlər buraxdı və onun sözlərindən belə çıxdı ki, bunun etdiyi bütün yalnışların arxasında dövlət dayanır".

Tağı Əhmədov haqqında danışan Hafiz Hacıyev, AXC qurucularının şəkillərinin metrodan yığışdırılmasının yanlış addım olduğunu da dilə gətirdi:

"Tağı Əhmədov dedi ki, mən kiməm ki, özbaşına hərəkət edib nəyisə yığışdırım. Rəsulzadənin şəkillərinin "28 may" metrosundan yığışdırılmasının da göstərişinin yuxarıdan gəldiyini dedi. Bu, çox ciddi yanlış bir çıxış idi. Bu siyasi savadsızlıqdan irəli gəlməklə bərabər, həm də qeyri dəqiq məlumatdır. Prezident Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi və yubileyinin qeyd edilməsi üçün sərəncam verir. Tağı Əhmədov isə bu cür səhvə yol verir".

Hafiz Hacıyev Tağı Əhmədovun dövlət büdcəsinə verməli olduğu vergidən də danışdı. O bildirdi ki, Metropoliten rəisinin vergi verməməsi qanunların kobud şəkildə pozulmasıdır:

"Hər kəs qanun qarşısında bərabərdir. Tağı Əhmədov dövlət büdcəsinə vergi vermirsə, bu cür hərəkət onun özünə arxayınlığıdır. "Dövlət büdcəsinə 1 qəpik də olsa vergi vermirəm" sözünü demək qanunsuz hərəkət olmaqla bərabər onun siyasətdə naşı olmasından xəbər verir. O, bilməlidir ki, onun bu cür çıxışına görə dövlət özü çətin vəziyyətə düşür".

Tarix
2013.11.27 / 15:06
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla