Yuxarı

Oktay Əsədov nüvə təhlükəsizliyindən danışacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak edəcək.

"Axar.az" Trend ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-29-da Sankt-Peterburqda səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Mirkazım Kazımov, Hacı Salayev, Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Aslan Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Parlamentlərarası Assambleyanın Şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə Ekspert Şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirə ediləcək.
Plenar iclasda isə "Arxeoloji irsin qorunması haqqında", "Elektron sənəd haqqında", "Antikorrupsiya monitorinqi haqqında", "Kommersiya sirri haqqında", "Ekoloji audit haqqında", "Təhsil Məcəlləsi və Vergi Məcəlləsi haqqında", "Elmi parklar haqqında" və digər model qanun layihələri müzakirə olunacaq, bu layihələrə dair şərh və tövsiyələr dinləniləcək.

Milli Məclisin sədri "Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə silahlarının tərksilah olunması prosesində və onun yayılmasının qarşısının alınmasında parlamentarilərin rolu" mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxış edəcək.

Səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Tarix
2013.11.27 / 14:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla