Yuxarı

Ümidlə MSK-dakı nümayəndəsinin fikri üst-üstə düşmür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkisindən sonra Ümid partiyasından qopmalar davam edir

"Axar.az"a verilən məlumata görə, partiyanın MSK-dakı nümayəndəsi Akif Qurbanov prezident seçkisi ilə bağlı nəticələri tanımır. Mənbənin dediyinə görə, partiya sədri İqbal Ağazadədən fərqli olaraq, Akif Qurbanov seçkinin nəticələrini tanımaq və yekun protokolu imzalamaq istəmir.

Məsələ ilə bağlı Akif Qurbanov "Axar.az"a bildirdi ki, münasibətini yaxın günlərdə açıqlayacaq:

"Mərkəzi Seçki Komissiyasının seçki ilə bağlı yekun sənədi haqqında fikirlərimi MSK-nın iclasında deyəcəm. O zamana qədər yekun qərarı imzalayıb-imzalamayacağımı bilmərəm. Çünki hələ bununla bağlı araşdırma aparıram".

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə Akif Qurbanovun fikrindən xəbərsiz olduğunu bildirdi:

"Seçkinin nəticələri ilə bağlı yekun sənəd hazır olmadığına görə kimin razı, kimin narazı olduğundan xəbərim yoxdur. MSK-nın iclaslarında isə Akif Qurbanov bu məsələ ilə bağlı heç bir fikir bildirməyib".

Tarix
2013.10.14 / 14:48
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla