Yuxarı

Avropaya səfərlər asanlaşacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vilnüs sammiti Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq baxımından əlverişli imkan olacaq.

"Axar.az"ın Trend-ə istinadən məlumatına görə, bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle "Avropa İttifaqı və Azərbaycan Vilnüs sammiti ərəfəsində" başlıqlı məqaləsində bildirib.

Ş.Füle qeyd edib ki, viza rejiminin sadələşdirilməsinə dair sazişin, ardınca isə readmissiya sazişinin imzalanması Azərbaycan vətəndaşlarının Avropaya səfər etməsini asanlaşdıracaq".

Aİ komissarının sözlərinə görə, hər bir tərəfdaş unikaldır və qarşılıqlı əlaqələr üçün unikal xüsusiyyətlərə malikdir: "Azərbaycana gəlincə, sözsüz ki, enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır və biz artıq birgə səylərimiz nəticəsində konkret fayda görürük. "Cənub Qaz Dəhlizi" artıq nəzəri layihə deyil və reallaşdırılmaq üzrədir".

Ş.Fülenin sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq ümumi dəyərlərə - demokratiya, insan hüquqları və fundamental azadlıqlar və qanunun aliliyi - əsaslanır: "Biz, həmçinin İslam dünyası ilə ənənəvi əlaqələri sayəsində Azərbaycanın "Şərq tərəfdaşlığı"nda oynadığı xüsusi rolu anlayırıq".

Ş.Füle vurğulayıb ki, bu sadalananlar Azərbaycanın "Şərq tərəfdaşlığı" və "Vilnüs" sammitində fəal iştirakı üçün əsas səbəblərdir: "Biz bu əməkdaşlığın daha da genişlənməsinə sadiqik".

Tarix
2013.11.27 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla