Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


Millət vəkilindən bahalaşma proqnozu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hesab edirəm ki, benzin, su, işıq və qazın qiymətində artım müşahidə olunacaq".

Bu haqda "Axar.az"a danışan Ümid Partiyasının sədri fikirlərini belə əsaslandırdı:

"Qiymətlərin bahalaşması büdcədə yüz faiz nəzərdə tutulub. Biz bunu parlamentdə dövlət büdcəsinin qəbulu zamanı da müşahidə etdik. Hesab edirəm ki, benzin, su, işıq və qazın qiymətində artım müşahidə olunacaq. Ola bilsin, düşünə bilərsiz ki, artım baş versə, əməkhaqları da artacaq, amma əməkhaqılarında artım müşahidə olunmayacaq. Yəni hakimiyyət sosial problemin aradan qaldırılması üçün heç bir tədbir görməyəcək".

Millət vəkili hakimiyyətin siyasi partiyalarların maliyyələşməsi ilə bağlı siyasətini də tənqid etdi və həmçinin parlamentdə təmsil olunmayan ana müxalifət partiyalarının maliyyələşmədən kənar qalmasına da münasibət bildirdi:

"Biz siyasi partiyaların maliyyələşməsi ilə bağlı düzəliş təklif irəli sürəcəyik və bu məsələnin müzakirə olunmasını xahiş edəcəyik. Özü də bizdə bu, siyasi partiyaların maliyyələşdirilməsi hesab oluna bilməz. Türkiyə parlamentində təmsil olunan partiyalara ayrılan pullara nəzər yetirin - milyonlarla pul ayrılır onlara, amma bizdə onlarla müqayisədə qəpik-quruş ayrılır.

Hesab edirəm ki, bu, demokratikləşmə problemidir. Demokratik sistem olsaydı, müxalifətin də real gücünü bilmək olardı. Əlbəttə ki, bu da onların parlamentdəki həqiqi sayından asılı olacaqdı. Onu da deyim ki, Ümid Partiyası ölkənin ən güclü partiyalarından biridir, amma biz parlamentdə bir nəfərlə təmsil olunuruq, çünki seçki vaxtı bizim bir neçə üzvümüzün haqqı tapdalanıb".

Tarix
2013.11.27 / 16:50
Müəllif
İlqar Vəliyev
Şərhlər
loading...
Digər xəbərlər

Rusiyadan Sərkisyana “gəzəyən qadın” ittihamının pərdəarxası

GUAM-ın büro və komitə iclasları keçirildi

Kremllə İrəvan arasında gərginlik: Moskvanın cəza siyasəti...

ABŞ-ın yaratdığı Yeni Suriya Ordusunun hədəfi Rusiyadır

Ərəb şeyxləri Ermənistana sərmayə yatıracaq? – Şərh

DMX rəisindən vətəndaşlara çağırış

Atamla görüşmək istəmərəm... - Dilqəmin oğlu

Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - Siyahı

Türkiyədə Azərbaycan bayrağı necə endirildi? – Şok təfərrüat

Nazirliyin bu qərarı ciddi problemlər yaradacaq - Ekspert

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla