Yuxarı

Azərbaycanda ilk yaşandı: seçkidən dərhal sonra... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan daha bir prezident seçkisini arxada qoydu. 1993-cü ildən sonra formalaşan və qanunauyğun surətdə keçirilən prezident seçkilərinin 8-cisi xüsusi bir özəlliyi ilə yadda qaldı.

Axar.az xəbər verir ki, 8-ci prezident seçkisi günü “ekzit-poll” və MSK-nın ilkin nəticələri elan etməsindən dərhal sonra qalib xalqa canlı olaraq müraciət etdi. Türkiyədə adət etdiyimiz “balkon çıxışı” ilk dəfə Azərbaycanda, amma bir qədər fərqli formada tətbiq edildi.

Prezident İlham Əliyevin seçkidən dərhal sonra xalqa müraciəti, səhərisi gün isə qələbəni bayram edən fəallara ailəsi ilə birgə qoşulması, xalq önünə “qalstuksuz” çıxması və növbəti müraciəti Azərbaycanda seçki mədəniyyəti və ənənəsinə yeni, dəyərli bir çalar qatdı.

Onun xalqa müraciəti zamanı dediyi bu sözlər xalq-hakimiyyət bütünləşməsini göstərən nümunələrdən idi:

“Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərdi. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

Budəfəki seçkinin fərqli olduğunu göstərən amillərdən biri də Zahid Oruc və Qüdrət Həsənquliyevin timsalında rəqib namizədlərin qalibi – İlham Əliyevi seçkidəki qələbəsi münasibətilə telefonda təbrik etməsi oldu. Bu ənənə də dünya ölkələrində daim müşahidə olunsa da, Azərbaycanda ilk idi.

Bütün bunlar Azərbaycanda prezident seçkilərinin artıq siyasi mədəniyyət səviyyəsinə yüksəldiyini göstərir. Son seçkilər bir daha təsdiqlədi ki, Azərbaycan həm dövlət, həm də toplum olaraq modernləşir və bütün qütblərdə dünyaya inteqrasiya edir.

Tarix
2018.04.13 / 11:42
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

Azərbaycanda su qıtlığı problemi... - BCG

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla