Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2018


ABŞ Suriyada məşq etdi: əsas zərbə gəlir... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə ABŞ və müttəfiqlərinin Suriyaya hücum taktikası hələ məşq xarakteri daşıyırdı.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bununla Suriya böhranının daha mürəkkəb bir məcraya daxil olduğunu bildirib:

“İndiyə qədər bölgə uğrunda mübarizədə Rusiya, Türkiyə və İranın adı daha qətiyyətlə çəkilirdi. Ancaq indi ABŞ, eləcə də Qərb dövlətləri Rusiya və İranın bölgədəki fəallığını istəmir. Yəni ABŞ əvvəlcədən də bunu bəyan etmişdi, ancaq öz strategiyasını Suriya üzərində qurmaq istəmirdi. ABŞ İran və Rusiyanı sanksiyalarla zəiflətməyi, daha sonra isə öz strateji niyyətlərini yerinə yetirməyi hədəfləyirdi. Hazırda İran İraq və Suriyaya təsir göstərir. Rusiya da eyni planları həyata keçirir. Türkiyə isə gec də olsa, bu proseslərə daxil olub və bir çox məsələlərdə ruslarla birgə hərəkət etməyə çalışır. Ancaq məsələ heç də Qərb koalisiyasının Suriyaya ilk zərbəsi ilə bitməyəcək. Əgər bölgədə İran və Rusiyanın fəallığı müşahidə edilərsə, ABŞ və NATO Suriyaya müdaxiləsini daha da artıracaq. Üstəlik, İsrail də proseslərə qoşulub və bu, daha effektli olmağa başlayıb. Çünki İsrail NATO dövlətləri olmadan da İranın bölgədəki fəallığından və Aralıq dənizinə boylanmasından ehtiyat edərək, Tehranı öz mövqelərinə çəkilməyə vadar etmək niyyətindədir. Artıq ox yaydan çıxıb”.

Politoloq bundan sonra Suriya uğrunda mübarizənin yeni dalğasının başlayacağını deyib:

“NATO ilə Rusiya arasında münasibətlər getdikcə kəskinləşir. Digər tərəfdən, Avropa dövlətlərinin İranla münasibətləri də bundan sonra normal olmayacaq. Yəni gərginlik elementləri artacaq. NATO dövlətlərinin, əsasən də ABŞ-ın strateji niyyətləri sırasında ilk növbədə Rusiyanı bölgədən qovub çıxarmaq durur. Suriyaya hücum zamanı hazırlanan planda həm də rus silahlıları və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin vurulması nəzərdə tutulurdu. Bu plandan son anda imtina edildi. İndi Rusiyaya qarşı sanksiyaların yeni dalğası gözlənilir. Bu dalğadan sonra münasibətlər ən pis nöqtəyə çatacaq. Bu isə Suriyada qarşıdurma ilə nəticələnəcək. Qarşıdurmaya ABŞ və Rusiya həvəslə gedəcək. Rusiya siyasi elitası geriləməkdə olan nüfuzunu qaldırmaq üçün müharibə variantına əl atacaq. Çünki NATO-nun son zərbəsindən sonra Rusiyanın deyildiyi qədər güclü olmadığı məlum oldu. Beləliklə, Rusiyanın sıxışdırılması prosesi güclənəcək. Bu prosesdə NATO-nun qələbə şansı kifayət qədər realdır. Bunun ardınca da İranla bağlı məqsədlərin reallaşmasına başlanılacaq. Söhbət İranı bütövlükdə Yaxın Şərqdən çıxarmaqdan və bu ölkədə rejim dəyişikliyindən gedir”.

Qeyd edək ki, aprelin 14-də Prezident Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib.

Tarix
2018.04.17 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

6 minə yaxın şəhidimiz olub - Ağdamın işğalı

Qazaxıstanın hərbi gəmisi Bakıda - Foto

İlham Əliyev 2 sərəncam imzaladı

İrəvanda Kremlə qarşı bunu edənlər ya güllələnir, ya da...

Paşinyanın siyasi rəqqaslığı: Rusiya dözməyəcək...

Tarixi ədalət: Hələb Türkiyənin nəzarətinə keçərsə... - Şərh

Putinin Trampa "separat" təklifi: real ola bilərmi?

Konstitusiya Məhkəməsi növbəti iclasını keçirdi

Mədəniyyət naziri jurnalistləri təbrik etdi

Nüvə fəlakətinin izləri aşkar edildi: Şərabda...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla