Yuxarı

Kreml məcbur edilir: Putin ruslara necə izah edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın iqtisadi durumu ilə yanaşı, siyasi durumu da çox ağırdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Qərbin kompleks tədbirləri nəticəsində Rusiyanın siyasi manevr imkanları getdikcə daralır:

“Belə bir vəziyyətdə Moskvanın bir çıxış yolu var, o da regionda tərəfdaşları ilə münasibətlərini gücləndirməkdir. Rusiya siyasi kursunu hazırkı vəziyyətdə dəyişə bilməz. Moskvanın bunun üçün hansısa imkanı qalmayıb. Zəncirvari hadisələr Rusiyanı elə bir vəziyyətə gətirib çıxarıb ki, Qərblə münasibətlərini düzəltmək üçün Moskvaya radikal addımlar lazımdır. Qərb də Rusiyadan məhz bunu istəyir”.

Politoloq qeyd edib ki, Rusiya radikal addımlar ata bilməz:

“Çünki Rusiyanın qarşısında olan tələblər də getdikcə radikallaşır. Qərbə isə artıq yarımçıq addımlarla kifayətlənən siyasət lazım deyil. Rusiya Qərbin istədiklərini yerinə yetirsə, Putin daxili auditoriyaya ölkəsinin belə asanlıqla güzəştə getməsinin səbəblərini izah etməlidir. Bu isə mümkünsüzdür”.

Politoloq artıq Qərblə Rusiya arasında dialoqun qeyri-real olduğunu düşünür:

“Çünki tərəflər fərqli iddialar səsləndirirlər. Belə olan halda Rusiya və Qərb beynəlxalq ictimaiyyətə üz tutmağa çalışır. Rusiya bu beynəlxalq dəstəyi qazanmağa qismən nail olur. Çünki Çin, bir sıra xırda ölkələr, həmçinin Yaxın Şərq və Latın Amerikasındakı bəzi dövlətlər bu və ya digər şəkildə Rusiyanın mövqeyini dəstəkləyirlər. Ancaq Qərbə dəstək verən ölkələrin sayı və qüdrəti daha böyükdür. Belə vəziyyətdə isə hərbi dildə desək, Rusiya uzunmüddətli müdafiə strategiyasını həyata keçirməyə hazırlaşır. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Bunu bilən Moskva bu ərəfədə vaxt udmağa çalışacaq. İş orasındadır ki, zaman da bir çox hallarda Rusiyanın əleyhinə işləyir. Düzdür, neftin qiymətləri qalxır və Rusiya bazarında müəyyən stabilləşmə baş verir. Ancaq paralel olaraq Rusiyaya qarşı sanksiyalar da getdikcə güclənir. Neftdən əldə olunan gəlirlərin əksəriyyəti sanksiyaların mənfi təsirlərinin azalmasına yönəldilir. Ümumiyyətlə, bu vəziyyət Rusiyanın xeyrinə işləmir. Bütün hallarda artıq seçimi olmayan Rusiya daha minimal risklərlə bu vəziyyətdən çıxma strategiyasını seçməyə məcbur qalacaq”.

Tarix
2018.04.17 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla