Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Ramil Usubov 1500 polisi cəzalandırdığını dedi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Repsi qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qısaca məlumat verib, son illər Azərbaycan Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz hələ Avropa Şurasının üzvü olmamışdan əvvəl, ötən əsrin 90-cı illərinin ikinci yarısında Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamlarından irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədi ilə DİN-də xüsusi Tədbirlər Planı hazırlanaraq icraya yönəldilib. Əməkdaşların peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak edib.

Bildirilmişdir ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Xidməti, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi, "Qaynar xətt", elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.
Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə, ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında "Cəmiyyət dəstəkli polis" layihəsi həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini vurğulayıb.
Qonağın nəzərinə o da çatdırılıb ki, əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə və cari ilin 9 ayı ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1482 əməkdaş cəzalandırılmış, o cümlədən 114 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 109 nəfər tutduğu vəzifədən azad olunub, 20 nəfər isə cinayət məsuliyyətinə cəb olunub. Görülən bu və digər məqsədyönlü işlərin nəticəsi olaraq ötən il polis əməkdaşları barədə şikayətlərin sayı 26 faiz, o cümlədən insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciətlər 45 faiz, Ombudsman Aparatına edilən şikayətlərin sayı 2 dəfə azalıb.

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür. 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunub, 51 MSY-də isə əsaslı təmir işləri aparılıb.
Müasir dövrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında böyük və mühüm rolu olduğunu xatırladan nazir bu məqsədlə rəhbərlik etdiyi qurum tərəfindən ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, hüquqi-maarifləndirmə işinin gücləndirilməsi yönümündə də zəruri işlər görüldüyünü bildirib.

Xanım Maylis Reps səmimi qəbula, ətraflı məlumata və görülmüş işlərə görə təşəkkür edərək, insan hüquq və azadlıqlarının qorunması sahəsində istənilən ölkə polisi üçün vətəndaş dəstəyinin mühüm amil olduğunu vurğulayıb.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri məruzəçini maraqlandıran sualları ətraflı cavablandırıb ( Trend ).

Tarix
2013.11.27 / 20:11
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

İrəvan Türkiyə ilə imzalanan protokollardan niyə çıxdı?

Ermənipərəst qüvvələrin növbəti məğlubiyyəti...

Çıroqov və Sərkisyan işi: hər iki iş uddusa, niyə qalib sayılırıq?

Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar

Heydər Əliyev bunun əsasını qoyub - Korea Post

Səfir: Azərbaycan Qazaxıstanın əsas tərəfdaşıdır

Azərbaycan üçün əsas prioritet... - Çexiya mediası

“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...

Mərkəzi Bank hərrac keçirdi

İƏT Zirvəsinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla