Yuxarı

Məhəmməd Əlini həbs etdilər, Gibson təcrid olundu, çünki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərin olmasını alqışlayıram.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilməsi haqda danışan Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib:

“Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsini alqışlayıram. Çünki müharibə şəraitində olan bir ölkədə hərbi məsələlərdə çox diqqətli olmaq lazımdır. Müharibə şəraitində KİV-lərdə və sosial şəbəkələrdə dezinformasiyaların yayılması yolverilməzdir. Hətta bəzən dislokasiya yerlərini belə sosial şəbəkələrdə yazırlar. Bu mənada bir az ciddi olmaq lazımdır. Senzura deyən kimi Avropa dərhal Azərbaycanın üzərinə cumur. Ancaq elə şeylər var ki, ən demokratik ölkədə belə onun əleyhinə çıxmaq olar. Sizə bir faktı deyim, özünüz nəticə çıxarın. Deməli, ABŞ İraqı bombardman edən zaman amerikalı aktyor Mel Gibson bunun əleyinə çıxmışdı. Bundan sonra aktyora nə kino çəkməyə icazə verdilər, nə də harasa dəvət etdilər. ABŞ kimi demokratik bir ölkədə Mel Gibsona rəsmi səviyyədə təzyiq bu gün də davam edir. Bundan başqa, Vyetnam müharibəsinin əleyhinə getdiyinə görə məhşur dünya çempionu Məhəmməd Əliyə 3 il həbs verilmişdi”.

Qeyd edək ki, aprelin 17-də Milli Məclisin Mədəniyyət Komitəsində müzakirəyə çıxarılan KİV haqqında Qanuna əlavənin müzakirəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Tarix
2018.04.19 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla