Yuxarı

Prezidentin qərarını alqışlayırıq - BAXCP

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Milli Məclisdəki andiçmə məraisimində seçki kampaniyası zamanı namizədlərin səsləndirdiyi təkliflərə münasibət bildirib. Namizədlər tərəfindən səsləndirilən tənqidi fikirləri alqışladığını bildirən ölkə başçısı dəyərli təkliflərin hamısının nəzərə alınacağını vurğulayıb.

Bununla bağlı Axar.az-a acıqlama verən BAXCP funksioneri Niyaməddin Orduxanlı bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər ölkədə siyasi mədəniyyətin inkişafı baxımından çox önəmlidir.

“Prezidentin seçki debatları zamanı namizəd olmuş şəxslərin səsləndirdiyi fikirlərə, təkliflərə baxılacağını qeyd etməsi təqdir olunmalıdır. Bilirsiniz ki, prezident seçkiləri bitəndən sonra İlham Əliyevi qalib gəlməsi münasibəti ilə ilk olaraq Qüdrət Həsənquliyev təbrik etdi. Qüdrət bəy Prezident İlham Əliyevə ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında uğurlar arzuladı, prezidentin və komandasının digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracağına və lazımlı təkliflərdən faydalanılacağına ümid etdiyini dedi. Dünən isə prezident andiçmə mərasimində seçki debatları zamanı namizədlərin qaldırdığı məsələlərə diqqət ayrılacağını və dəyərli təkliflərin nəzərə alınacağını qeyd etdi. Qüdrət Həsənquliyev prezidentliyə namizəd kimi öz platformasını və ölkədə mövcud olan problemləri və bu problemlərin həlli yollarını təklif edirdi. Qüdrət bəyin səsləndirdiyi problemlərdən biri də şəhid ailələri üçün nəzərdə tutulan 11 000 manat vəsaitin verilməməsi idi. Qüdrət bəy bu vəsaitin verilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qərarının olmasını da qeyd etmişdi. Artıq bu gün cənab Prezident İlham Əliyevin ilk fərmanlarından biri həmin şəhid ailələrinə veriləcək 11.000 manatla bağlı idi. Düşünürük ki, sonuncu seçki marafonu zamanı prezidentliyə namizədlərin qaldırdığı məsələrə ölkə başçısının diqqət ayırması ölkəmizi siyasi inkişafın yeni mərhələsinə keçirməyə imkan yaradacaqdır", - N.Orduxanlı deyib.

Tarix
2018.04.19 / 19:29
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla