Yuxarı

Avropa İttifaqından Azərbaycanla bağlı qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Daimi Şurasının bu gün keçirilən növbəti iclasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat səsləndirilib.

Xarici İşlər Nazirliyindən (XİN) Axar.az-a verilən məlumata görə, bəyanatda prezident seçkilərinin azad, demokratik, ədalətli və şəffaf şəraitdə 74.3 faiz kimi yüksək seçici fəallığı ilə keçirildiyi vurğulanıb və bunun seçicilərin seçki prosesinə etimadının göstəricisi olduğu qeyd edilib.

Seçkinin nəticəsində Prezident İlham Əliyevin 86.02 faizlik yüksək göstərici ilə seçicilərin etimadını qazandığı, bunun ölkə Prezidenti tərəfindən həyata keçirilən sosial, iqtisadi və siyasi islahatlara geniş ictimai dəstəyin bariz göstəricisi olduğu vurğulanıb. Qeyd edilib ki, rəsmi nəticələr seçkidən öncə və seçki günü yerli və beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları və ekzit-polların nəticələri ilə üst-üstə düşür. Bu bir baha göstərir ki, seçkilərin nəticələri Azərbaycan xalqının irədəsini və fikirlərini əks etdirib.

Bəyanatda prezident seçkiləri ilə əlaqədar bütün hazırlıq işlərinin yüksək keyfiyyətlə və effektiv şəkildə həyata keçirildiyi, bütün fundamental hüquq və azadlıqlar, o cümlədən sərbəst toplaşma və söz azadlıqlarının təmin edildiyi, namizədlərə öz seçki kampaniyalarını azad və sərbəst şəkildə təşkil etmələri üçün bütün şəraitin yaradıldığı diqqətə çatdırılıb. Seçki öncəsi və seçki günü Azərbaycan tərəfindən nümunəvi şəffaflıq və açıqlıq nümayiş etdirildiyi qeyd edilib, seçkilərin 60 minlik yerli müşahidəçi ordusu, o cümlədən QHT tərəfindən irəli sürülmüş 4041 müşahidəçi ilə yanaşı, 59 ölkə və 61 beynəlxalq təşkilatı təmsil edən 894 beynəlxalq müşahidəçi tərəfindən müşahidəsi üçün bütün şəraitin yaradıldığı bildirilib. Həmçinin, 1000 seçki məntəqəsində quraşdırılmış kameralar vasitəsilə onlayn müşahidə üçün şərait yaradıldığı qeyd edilib.

Seçkilər müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirilib və səsvermə mühüm nailiyyət kimi dəyərləndirilib. Vurğulanıb ki, seçkilər ölkənin demokratik inkişafı və demokratik institutların gücləndirilməsi istiqamətində mühüm mərhələ təşkil edir.

Aidiyyəti dövlət qurumları tərəfindən atılmış addımların nəticəsi olaraq, keçirilmiş seçkilər müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirilmiş və səsvermə mühüm nailiyyət kimi dəyərləndirilib. Vurğulanıb ki, seçkilər ölkənin demokratik inkişafı və demokratik institutların gücləndirilməsi istiqamətində mühüm mərhələ təşkil edir.

Buna baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqlar Bürosu, ATƏT Parlament Assambleyası və AŞPA nümayəndələrindən ibarət müşahidə missiyasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsi və subyektiv iddialar və qərəzli siyasi yanaşma əsasında hazırlanmış ilkin hesabatla çıxış etməsinin dərin təssüf doğurduğu vurğulanıb.

Azərbaycan Daimi Nümayəndəliyi tərəfindən bildirilib ki, seçki müşahidə missiyasının hesabatında çoxsaylı bir-birinə zidd olan məqamların və əsassız iddiaların əks olunması, bütövlükdə missiyanın bitərfliyini, obyektivliyini və peşəkarlığını ciddi sual altına qoyur. Fərdi qanun pozuntularının ümumiləşdirilərək, bütünlükdə seçki prosesinə şamil edilməsi missiya tərəfindən öz mandatının aşılması kimi qiymətləndirilir. Azərbaycan tərəfi seçki müşahidə missiyasının ilkin qiymətləndirməsini ədalətli və obyektiv hesab etmir və onu bütünlüklə rədd edir.

İclasda ABŞ, Avropa İttifaqı nümayəndə heyəti, Qazaxıstan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan nümayəndələri çıxış edərək seçkilərlə bağlı fikirlərini bölüşüb və təmsil etdikləri ölkələrin Azərbaycanın yeni seçilmiş Prezidenti və Azərbaycan xalqı ilə əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu təsdiq edibıər.

ATƏT Parlament Assambleyasının nümayəndəsi öz növbəsində Azərbaycanın ATƏT PA üçün əhəmiyyətli ölkə olduğunu və onunla əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini vurğulayıb. Seçkilərin müşahidəsi ilə bağlı Azərbaycan tərəfi ilə faydalı əməkdaşlıq etdiklərini qeyd edərək, qurumun sözügedən istiqamətdə Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətini bəyan edib.

Avropa İttifaqı adından səsləndirilən bəyanatda DTİHB-nin hesabatına istinadən irəli sürülən bəzi iradlarla bağlı Azərbaycan Daimi Nümayəndəliyi tərəfindən qeyd edilib ki, Azərbaycan tərəfi Aİ-nin yüksək səviyyəli rəsmilərinin verdiyi bəyanatlarla bu qurumun ATƏT yanında nümayəndəliyinin bəyanatı arasında fərqliliklərin olmasını ölkəmizə qarşı nümayiş etdirilən ikili standart siyasətinin nümunəsi kimi qoymətləndirir və bu cür yanaşmanı qətiyyətlə rədd edir. Azərbaycanın nailiyyətlərinin Aİ-nin Vyanadakı nümayəndəliyi tərəfindən diqqətdən yayınması və yalnız mənfi gündəlik üzərində diqqətin cəmlənməsi qəbuledilməzdir.

Daimi Nümayəndəlik vurğulayıb ki, Azərbaycan maraqlı tərəflərlə bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında əməkdaşlığa açıqdır və tərəfdaşlarından analoji yanaşma nümayiş etdiriləcəyini gözləyir.

Tarix
2018.04.19 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla