Yuxarı

Generalların Bakı görüşünün sirri: Raket “təsadüfən” uçarsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görüş Rusiya-NATO təmas xəttində ola biləcək hər hansı təsadüfi hadisənin qarşısını almaq məqsədi daşıyırdı.

Bu sözləri Axar.az-a Rusiya Baş Qərargah rəisi ilə NATO Birləşmiş Ordu Qüvvələrinin baş komandanının Bakı görüşünün yekunlarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq generallar arasında görüşün əsas istiqamətlərinə işıq salıb:

“Baltik dənizindən Qara dənizə qədər böyük bir hissədə birbaşa ABŞ-ın iştirakı ilə NATO-nun hava hücumundan müdafiə sistemləri qurulub. Bu, Avropanı vurmağı nəzərdə tutan Rusiyanın ortamənzilli, əsasən də İsgəndər-M raketlərinin zərərsizləşdirilməsi əleyhinə müdafiə sistemləridir. Rusiya bu effektli sistemlər qarşısında heç nə edə bilməz. Üstəlik, Baltikyanı ölkələrdən tutmuş Polşa, Çexiya, Rumıniya ərazisinə qədər NATO-nun tank qoşun birləşmələri, zirehli transportyorlar və canlı qüvvələri yerləşdirilir. Məqsəd Rusiyanın Avropaya ehtimal edilən hücumunun qarşısını almaqdır. Artıq Rusiyada belə bir fikir formalaşıb ki, NATO ilə təmas xəttində yerləşdirilən müxtəlif təyinatlı qoşun növləri sırf hücum funksiyanı yerinə yetirə bilər”.

Politoloq generalların görüşündə Ukrayna və Gürcüstan məsələsinin də diqqət mərkəzində olduğunu bildirib:

“Ukrayna və Gürcüstan faktoru çox təhlükəli hal alıb. Görüşdə xüsusilə Ukrayna xəttində hərbi qarşıdurmanın yaranmaması istiqamətində fikir mübadiləsi istisna edilmir. Rusiya ABŞ-ın Ukraynaya silah verməsini, buradakı ABŞ hərbi təlimatçılarının sayını artırmasını, eyni zamanda, Ukrayna ordusunun döyüş qabiliyyətini gücləndirməsini özü üçün təhdid sayır. Moskva artıq Kiyevi təhlükə olaraq görür. Həmçinin Moskva NATO vasitəsilə Gürcüstana verilən bəzi müxtəlif öldürücü xarakterli hücum silahlarının Rusiyaya qarşı istifadə edilə biləcəyindən ehtiyat edir. Düzdür, NATO hələ Rusiyaya qarşı hücuma hazırlaşmır. Ən azı 1-2 ilə sanksiyalarla Rusiyanın iqtisadi qüdrətini qırmaq xətti yürüdüləcək. Bu isə son nəticədə rusların hakimiyyətdən ciddi narazılığına gətirib çıxarmalıdır. Hərbi əməliyyatlar isə son variant kimi nəzərdə tutulub”.

Politoloq qeyd edib ki, generalların görüşündə Rusiya-NATO təmas xəttində hər hansı təsadüfi hadisənin baş verməsinin qarşısını alınması ilə bağlı da müzakirələr aparılıb:

“Çünki nüvə raketlərinin “təsadüfi” uçuşu baş verə bilər. Məhz buna görə də hər iki tərəf nəzərdə tutulmamış olaylardan qorunmaq üçün müxtəlif texniki məsələləri, hərbi güc tətbiqi və onun qarşısının alınmasının detallarını müzakirə ediblər. Zənnimcə, Rusiya artıq NATO-nun sərhədlərinə doğru irəliləməsinin təhlükəli bir həddə çatdığını başa düşür. Suriyadakı son hərbi əməliyyatlar da göstərdi ki, NATO-nun hərbi texniki üstünlüyü birmənalıdır. Görünür, Rusiya da öz təhlükəsizliyini qurmaq haqda ciddi surətdə düşünür və bu məqsədlə də NATO-nun qarşısında güzəştli görünə biləcək addımlar atır. NATO Rusiyanın yerinə otuzdurulması istiqamətində kifayət qədər məsafə qət edib. Buna görə də Rusiyanın siyasi və hərbi rəhbərliyində ciddi düşüncələr yaranıb. Hazırkı məsləhətləşmələr də bu istiqamətdədir və müvəqqəti dövr qüvvədə olacaq. Bu vaxta qədər isə NATO müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək”.

Qeyd edək ki, aprelin 19-da Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Birləşmiş Silahlı Qüvvələrinin Baş komandanı Körtis Skaparotti Bakıda bir araya gəliblər. Generallar Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüblər.

Tarix
2018.04.20 / 15:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla