Yuxarı

Abutalıbov Azadlıq meydanının altını oğluna verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət Evinin qarşısında yeni istifadəyə verilmiş yeraltı dayanacaq Bakı merinin oğlunun istifadəsinə verilib; bəs mer oğlu Londonda nə işlə məşğul imiş...

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtın mərkəzində bu yaxınlarda istifadəyə verilmiş və dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağının oğlu İsrafil Abutalıbovun şirkətinə icarəyə verib.

Bu barədə məlumat virtualaz.org saytına mötəbər məlumatlı qaynaqdan daxil olub.

Mənbənin bildirdiyinə görə, Hökumət Evinin qarşısında, Azadlıq meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağının merin oğlunun şirkətinin adına rəsmiləşdirilməsi prosesi bu yaxınlarda başa çatıb. Mənbədən şirkətin adını öyrənmək mümkün olmayıb.

Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov şəhərdə tikilən yeraltı dayanacaqlarda qiymətlərin yüksək olması barədə şikayətlərə cavab olaraq saytımıza bildirib ki, qiymətləri onlar yox, dayanacaqları icarəyə götürüb işlədən sahibkarlar müəyyən edir. N.Həsənov Azadlıq meydanının altındakı yeraltı dayanacağın da özəl sahibkara icarəyə verildiyini deyib, lakin şirkətin adını açıqlamayıb.

Hökumət Evinin qarşısındakı yeraltı dayanacaq bu yaxınlarda istifadəyə verilib və BŞİH tərəfindən tikilib. Mənbə bildirir ki, dayancağın Abutalıbovun oğluna verilməsi merin "Qış parkı" layihəsini uğurla başa çatdırmasının əvəzində bir növ "mükafat" da saymaq olar.

Yada salaq ki, H.Abutalıbovun oğlu İsrafil Abutalıbovun adı mətbuatda dəfələrlə gündəmə gəlib. Birinci səbəb onun deyildiyi kimi, vəhhabi təriqətinə qoşulması, ikincisi isə bir iş adamının icarəyə götürdüyü obyekti onun əlindən zorla alması mövzusuna görə.

İ.Abutalıbovun biznesini hansı şirkət üzərindən yürütdüyü barədə məlumatlara gəldikdə isə "Müstəqil Spektr" MMC adlı şirkətin ona məxsusluğu iddiası merin oğlunun iş adamı ilə məhkəmə çəkişməsində irəli sürülmüşdü.

Məlumdur ki, İ.Abutalıbov bir neçə il Azərbaycandan uzaqda, Londonda yaşayıb (onun vəhhabi təriqətinə də Londonda, yaxud İngiltərə paytaxtına getməzdən az əvvəl qoşulduğu deyilir-red.). Bəs Londonda olarkən Abutalıbovun oğlu nə işlə məşğul olurmuş?

Qeyd edək ki, Azərbaycan praktikasında dövlət vəsaiti və ya dövlət təminatı ilə alınan xarici kreditlər hesabına inşa edilən obyektlərin sonradan nazirlərin və digər iri məmurların yaxınlarına işlətməyə verilməsi hadisəsi yeni deyil. Məsələn, təxminən 80 milyon dollara başa gələn Bakı Beynəlxalq Avtovağzalının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətinə verildiyi məlumdur.

Yaxud Nəqliyyat Nazirliyinin xətti ilə ölkəyə gətirilən sərnişin avtobuslarını və taksiləri elə nazirin ailə üzvlərinin şirkətləri istismar edir.

Bu baxımdan Bakı merinin şəhərdə yeni açılan yeraltı dayanacağı oğlunun şirkətinin istismarına, daha doğrusu, sərəncamına verməsinə təəccüblənməmək lazım gəlir. Hansı ki, söhbət kifayət qədər gəlirli biznesdən gedir. Bu dayanacaqda qiymətlər 2-6 manat arasında dəyişir. Azərbaycanda əhalinin orta aylıq qazancı nəzərə alınarsa, bu rəqəm kifayət qədər yüksək sayıla bilər. Çünki şəhərin mərkəzi hissəsində yerləşən idarə və müəssisələrin işçiləri avtomobillərini hər gün məcburən yeni açılan dayanacaqlarda park etməlidir.

Virtualaz.org saytı internetdə araşdırma aparıb və İ.Abutalıbovun 2006-2010-cu illərdə Londonda nə işlə məşğul olduğuna dair bəzi maraqlı faktlar tapıb. İş adamlarının barəsində məlumatların toplandığı www.ccdni.com saytında yer alan məlumatlar belədir:

İSRAFİL ABUTALIBOV was born in 1978

Posttown: LONDON

Postcode: SW8 2JE

ANDROUSH SHTRIKER LIMITED (dissolved)

2006.09.29 - 2010.04.27

İSRAFİL ABUTALIBOV was from 2007.05.01 to 2010.04.27 at ANDROUSH SHTRIKER LIMITED employed as Director (BUSINESSMAN).

resigned

Company address: ANDROUSH SHTRIKER LIMITED

FLAT 548 HAMILTON HOUSE, ST GEORGE WHARF, LONDON, SW8 2JE

Company documents: 11 - buy documents

HAMILTON CONSULTANCY & ADVISORY LIMITED (dissolved)

2007.12.06 - 2009.11.24

İSRAFİL ABUTALIBOV was from 2007.12.06 to 2009.11.24 at HAMILTON CONSULTANCY & ADVISORY LIMITED employed as Director (BUSINESSMAN).

Bu məlumatlardan göründüyü kimi, İ.Abutalıbov 1978-ci ildə anadan olub, 2006.09.29 -2010.04.27 tarixlər arasında Londonda qeydiyyatdan keçmiş "ANDROUSH SHTRIKER LIMITED" adlı şirkətin direktoru, 2007.12.06-2009.11.24 tarixləri arasında yenə də Londonda qeydiyyatdan keçmiş "HAMILTON CONSULTANCY & ADVISORY LIMITED" şirkətinin direktoru olub.

Birinci şirkətin nə işlə məşğul olduğu məlum deyil, ikincisi isə məsləhət və konsaltinq xidməti ilə məşğul olub. İstisna deyil ki, Hökumət Evinin qarşısında açılmış yeraltı dayanacağın izlərini də Abutalıbovun oğlunun offşor şirkətlərinin birində axtarmaq lazımdır.

Tarix
2013.11.27 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətt” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla