Yuxarı

Ermənilər "dönmə ermənilər"ə qarşı: İrəvan xilas olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyanın qeyri-qanuni yolla baş nazir seçilməsinə qarşı İrəvanda davam edən etiraz aksiyaları ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Tofiq müəllim, Ermənistanda nə baş verir?

- Ermənistanda çox sadə bir proses baş verir. Qarabağ klanı uzun müddətdir ki, Ermənistanda hakimiyyəti mənimsəyib. Bu baxımdan Ermənistanın daxilində onlara qarşı siyasi, iqtisadi və məişət səviyyəsində münasibət getdikcə kəskinləşir. Onlar hesab edirlər ki, Qarabağ klanının siyasəti millətin ziyanınadır. Ermənistan sakinləri rejimə daha çox mənfi münasibət bəsləyir. Hətta Qarabağ ermənilərinə aid “dönmə ermənilər” adlı xüsusi bir termin də var. Ümumiyyətlə, cəmiyyətdəki gərginliyin miqyası getdikcə artır. Hamı başa düşür ki, Sərkisyanın əsas məqsədi məhdudiyyətsiz olaraq hakimiyyətdə qalmaqdır. Təbii ki, buna qarşı çox da böyük olmayan bir siyasi qüvvə Nikol Paşinyanın rəhbərliyi altında etirazlara başlayıb və tələbələr və digər təbəqələr də ona qoşulmaqla aksiyanın miqyası böyüyüb. Yuxarıda qeyd edilən kompleks amillər isə bu hadisələrin dərinləşməsi üçün əsas sayıla bilər.

- Bəs, Ermənistanda baş verənlər nə ilə nəticələnəcək?

- Birinci dəfə deyil ki, Ermənistanda belə hadisələr baş verir. Qarabağ klanı hakimiyyətdə qalmaq üçün hər şeyə əl atacaq. Onların İrəvanda yerləşən hüquq-mühafizə orqanlarına etimadı da yüksək deyil. Qarabağ klanı artıq iki-üç dəfə işğal olunmuş ərazilərdəki qoşunlarını İrəvana yeridib. Bu da hazırda mənfi qarşılanır və onlar üçün böyük böhrandır. Bu prosesin nəticəsinin nə olacağını demək çətindir. İstisna etmirəm ki, güc tətbiq olunandan sonra nümayişlər səngiyəcək. Ancaq problem qalacaq və gez-tez Qarabağ klanına qarşı müxtəlif əməllər artacaq.

- Tofiq müəllim, necə düşünürsünüz, Bakının “hücum” siyasəti öz nəticəsini verir?

- Təbii. Bəzən deyirlər ki, ermənilərin çox uzunmüddətli strategiyası var. Ancaq bu strategiyanı analiz edərkən belə qənaətə gəlmək olar ki, onlar bütün mümkün səhvlərə yol verirlər. Fikir verin, balaca Ermənistan özünə düşmən olaraq 80 milyonluq əhaliyə malik və NATO-da ABŞ-dan sonra ikinci ən böyük hərbi gücə sahib Türkiyəni seçib. İkinci düşmən ölkə isə Azərbaycanı seçib, hansı ki, əhalisi qat-qat Ermənistanınkından çoxdur, iqtisadi potensialı və imkanları olduqca yüksəkdir. Yəni Ermənistan çox böyük strateji səhvlərə yol verir. Bu strategiya tezliklə Ermənistanı böhrana gətirəcək. Təbii ki, Azərbaycan bu güc amillərini yetərincə tətbiq edib. Söhbət Ermənistanın regional və transregional layihələrdən təcrid edilməsindən, iqtisadi və hərbi təzyiqlərdən gedir. Bu baxımdan onların konfliktdə məğlub olması qaçılmazdır. Rusiyada problemlər üzə çıxandan sonra Moskva iqtisadi baxımdan İrəvanı saxlamaq istəmir. Çünki Ermənistanın iqtisadiyyatı sıfır vəziyyətindədir və birbaşa Rusiyada işləyən adamlara və Rusiyadan gələn yardımlara bağlıdır. Ermənistan gec-tez bu köməkdən tamamilə məhrum olacaq. Ona görə də İrəvan indi Qərbə üz tutub və Rusiyanı iqtisadi baxımdan Qərblə əvəzləmək istəyir. Bir sözlə, qarşıda Ermənistanı çətin günlər gözləyir.

- Belə olan halda Qərb və Rusiyanın Cənubi Qafqazda Ermənistanla bağlı hansısa planlarının olduğunu söyləyə bilərikmi?

- Ermənistan diaspor imkanlarından istifadə edərək Avropa və digər Qərb qurumlarından iqtisadi kömək almaq istəyir. Ancaq ermənilər istəyir ki, Rusiya bir müddət də Ermənistanın təhlükəsizliyini və müdafiəsini təmin etsin. Bu fonda qarşıdakı dövrdə daha bir böhran özünü göstərəcək. Qərbin Ermənistandakı proseslərlə əlaqəsi istisna olunmur. Qərb həmişə elə sahəni seçir ki, orada həqiqətən təzyiqlər olur. Ermənistanda isə yuxarıda göstərilən problemlər mövcuddur. İndi bu məqamdan Qərbin və ya Şərqin necə istifadə edəcəyini zaman göstərəcək. Ermənistan iqtisadi baxımdan iflasa uğramış bir məkandır və Rusiya ilə əlaqələrində iki problem var: iqtisadi və təhlükəsizlik. Rusiya indiki halda Ermənistanı himayə etmək istəmir. Əgər Qərb Ermənistanı iqtisadi baxımdan himayə edərsə, onda Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? İrəvan istəyir ki, Rusiya bir müddət də Ermənistanın təhlükəsizliyini təmin etsin. Bu fonda təhlükəsizlik və hərbi məsələlərdə Rusiyanın qarant missiyasında qalacağını düşünmək olar. Əks təqdirdə Azərbaycana tab gətirə bilməz və bəlkə də Qarabağdan qaçarlar. Hər halda maraqlı bir dövr başlayır.

- Bakı bu əlverişli şəraitdən istifadə edib Qarabağı azad edə bilərmi?

- Əgər bir balaca imkan olsa, Azərbaycan öz hüquqlarını tam bərpa etmək üçün bundan istifadə edəcək. Prezident seçkidən sonra ilk bəyanatında işğal olunmuş Azərbaycan torpaqlarından söz açdı. Bu onu göstərir ki, gündəmdə olan əsas məsələ Qarabağ problemidir. Ancaq prosesə nə vaxt start veriləcəyini demək çətindir. Proseslərin gedişatını gözləməliyik. Ən önəmlisi odur ki, artıq Azərbaycan cəmiyyətində Qarabağ məsələsinə aid ümumi bir mövqe mövcuddur. Bu, çox ciddi siyasi məsələdir.

Tarix
2018.04.21 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla