Yuxarı

Tüpürüm Sərkisyana da, Qarabağa da... – Erməni şair nə istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisələrin inkişafı fonunda rus xüsusi təyinatlılarının iştirakı ilə çoxlu qan töküləcək. Çünki yerli erməni polislər aksiyaçılara qarşı çıxış etmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanda baş verən aksiyaları şərh edərkən deyib. O bildirib ki, yerli ermənilərlə Qarabağ klanı arasında çox ciddi, keçilməz səddlər, psixoloji uyuşmazlıqlar, düşmənçilik səviyyəsinə çatan müəyyən qarşıdurmalar var:

“Ermənistan erməniləri belə hesab edirlər ki, Qarabağdan gələn, keçmişi səhra komandiri olan bir şəxsin Ermənistana başçılıq etməyə mənəvi haqqı yoxdur. Ancaq müstəqilliyin bütün dövrlərində Ermənistana Qarabağdan gələn şəxslər - Köçəryan, Sərkisyan - başçılıq edib və indi də rəhbərliyi davam etdirmək istəyirlər. Bu şəxslərin rəhbərliyi dövründə həm siyasi, həm də iqtisadi hakimiyyət tamamilə Qarabağ klanı tərəfindən mənimsənilib, ölkədəki oliqarxlar, monopolistlər hamısı bu klanın nümayəndələridir. Yerli xalq isə əzab içində yaşayır. Məsələn, onların bir şairi dünən aksiyaçıların qarşısında çıxışı zamanı Qarabağın onlar üçün bəla olduğunu səsləndirib. Onun sitatına diqqət edin: “Tüpürüm Sərkisyana da, Qarabağa da! Mənə Qarabağ lazım deyil! Mənə inkişaf etmiş, müasir Avropa səviyyəsinə çatmış Ermənistan lazımdır!”

Bütün bunlar Ermənistandakı yerli ermənilərlə Qarabağdan gələn ermənilər arasındakı uyuşmazlığı aydın göstərir. Yerli ermənilər idarəetmədə təmsil olunmurlar, sahibkar deyillər”.

Politoloq vurğulayıb ki, hələ 2008-ci ildə yerli ermənilər hakimiyyəti Qarabağ klanından almaq istəyirdi:

“Ancaq o vaxt Sərkisyan rus elitasının köməyi ilə aksiyaçıların müqavimətini qıra bildi. Amma bu dəfə aksiyaçılar qəti fikirlər səsləndirirlər və Rusiyanın artıq bu məsələyə müdaxilə edə bilməyəcəyini bildirirlər. Digər tərəfdən, Sərkisyan özü könüllü hakimiyyətdən əl çəksə, bu aksiyalar sakitləşər. Bəlkə də onun özünə qalsa, hakimiyyətdən könüllü gedər, ancaq Rusiya buna izn vermir. Bununla da Ermənistanı qana doğru aparır. Amma qan töküləndən sonra nə Sərkisyan hakimiyyətdə qalacaq, nə də Ermənistan-Rusiya münasibətləri əvvəlki səviyyədə davam edəcək”.

Qeyd ki, İrəvanda Serj Sərkisyanın hakimiyyəti baş nazir kimi yenidən qəsb etməsinə qarşı aprelin 13-dən davamlı aksiyalar keçirilir. Paşinyanın rəhbərliyi altında baş tutan aksiyalarda polis zorakılığı müşahidə olunur. Yüzlərlə aksiya iştirakçısı həbs edilib.

Tarix
2018.04.21 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla