Yuxarı

Sərkisyan “Qarabağ kart”ını işə saldı - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan özünü xilas etmək üçün “Qarabağ kartı”nı işə salıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Sərkisyan öz hakimiyyətini qorumaq üçün Qarabağdan istifadə edir:

“Onun son çıxışında belə bir ifadə var: ”Mənim baş nazir seçilməyimin sadə səbəbi var: Bölgədə qarışıq geosiyasi durum mövcuddur və biz bu durumda Qarabağı qorumalıyıq”. Yəni bu adam demək istəyir ki, mən başda olmasam, Qarabağ əldən gedəcək.

Bu arada, Ermənistan hakimiyyətinə yaxın saytlar belə xəbərlər yayırlar ki, guya İrəvanda qarşıdurma fonunda Azərbaycan ordusu intensiv olaraq atəşkəsi pozur. Bu da Sərkisyanın cəmiyyətə mesajıdır ki, İrəvanda vəziyyət gərginləşsə, Azərbaycan ordusu hücuma keçəcək”.

Politoloq vurğulayıb ki, bu durumda Azərbaycanın maraqlarına nə uyğundursa, o da həyata keçirilməlidir.

Qeyd edək ki, Ermənistanda aprelin 13-dən aksiyalar keçirilir. Aksiyaçılar Sərkisyanın istefasını tələb edirlər.

Tarix
2018.04.21 / 23:33
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla