Yuxarı

Sərkisyan Sərkisyana mesaj göndərdi: Xalqa atəş açılsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də Prezident Armen Sərkisyandır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, normal durumda Armen Sərkisyan Serj Sərkisyandan asılı olmalı idi:

"Armen Sərkisyanı indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib. Ancaq indi Ermənistanda durum fərqlidir və onu vəzifəyə gətirənin müxalifət üzərində qələbə çalıb-çalmayacağı bilinmir. Ən pis halda Serj Sərkisyan birinci dəfəki prezident seçkisində olduğu kimi, polisə “atəş açın” əmri versə və 10 il əvvəlki kimi onlarla insan qətlə yetirilsə, bu, indiki prezident Armen Sərkisyanı çətin dilemma qarşısında qoyacaq. Bu qətliama göz yummaq Serj Sərkisyanın cinayətinə şərik olmaq demək mənasına gələcək”.

Politoloqun sözlərinə görə, Armen Sərkisyanın son iki addımı onun tərəddüd keçirdiyi görüntüsünü yaradır:

"Çünki Armen Sərkisyan Serj Sərkisyandan əvvəl radikal müxalifətin lideri Paşinyanla görüşdü. Özü də Serj Sərkisyandan fərqli olaraq, Paşinyanla oteldə deyil, meydanda baş tutdu. Digər tərəfdən, Armen Sərkisyan bugünkü açıqlamasında tərəfləri dialoqa və qarşıdurmadan çəkinməyə çağırdı. Bu, müxalifətdən çox, hakimiyyətə çağırışdır. A.Sərkisyan bununla Serj Sərkisyanın polisə “atəş açın” əmrini verməsini istəmədiyinə işarə etdi. Armen Sərkisyan Serj Sərkisyana yarı gizli mesaj göndərir ki, sənin cinayətlərinə şərik olmayacam”.

Tarix
2018.04.23 / 01:03
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla