Yuxarı

İrəvanda köklü dəyişiklik: Sərkisyan istefaya gedəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, Sərkisyan sonda istefaya gedəcək və Ermənistanda demokratik rejim bərqərar olacaq.

Bu sözləri Axar.az-a Ermənistanda qeyri-qanuni yolla seçilən baş nazirə qarşı davam edən etirazların hazırkı gedişatını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Paşinyanla bərabər etirazçıların digər liderləri olan Ararat Mirzoyan və Sasun Mikayılyanın həbs edilməsi onların paytaxtdan mümkün qədər uzağa aparılaraq ciddi nəzarət altına alındığını göstərir:

“Sərkisyan gözləmədiyi bir şəraitlə üzləşib. Bu gün səhər saatlarında tələbələr də küçələrə çıxıblar, üstəlik, rayonlardan İrəvana axın var. Mitinqlər özünün yeni - ikinci mərhələsinə qədəm qoyub. Bu mərhələdə mitinqlər daha iddialı, gur keçir. Görünür, əvvəlcədən həbs təhlükəsinin olduğunu nəzərə alaraq Paşinyan və digər liderləri əvəzləyəcək adamlar hazırlanıb və məhz bu fonda da mitinqlər idarə olunur. Məsələyə emosionallıq verən bir cəhət isə bir sıra elm və incəsənət xadimlərinin onlara verilmiş fəxri adlardan kütləvi surətdə imtina etməsidir. Bu da mitinqçilərə yeni ruh, əhval-ruhiyyə verir, ona görə də daha əzmlə İrəvandakı nazirlik və strateji məntəqələri nəzarət altına almağa başlayıblar”.

Politoloq qeyd edib ki, Azərbaycanın bu vəziyyətdən istifadə edərək hücuma keçəcəyi ilə bağlı ortaya atılan məkrli uydurmalar mitinqçilərə təsir etmək gücündə deyil:

“Ermənilər Azərbaycan üçün də qorxulu düşmən olan Serj Sərkisyan və onun Dağlıq Qarabağda çoxlu qanlara bais olmuş bandasını hakimiyyətdən uzaqlaşdırıb, necə dəyərlər, cəzasını vermək istəyir. Ona görə də Azərbaycan bu proseslərə qatılmaq niyyətində deyil və sona qədər proseslərin gedişatını gözləyəcək. Onsuz da hazırda bütün Ermənistan ayaq üstdədir və Sərkisyanın vəziyyəti olduqca kritikdir. Vaxtilə qan tökərək 31 nəfərin ölümü üzərindən prezidentliyə gəlmiş Sərkisyanın indi iki yolu qalır: ya qan töküb mitinqləri rusların köməyi ilə dağıtmaq, ya da könüllü surətdə vəzifəsindən imtina etmək. Zənnimcə, hazırda Sərkisyan çox həvəslə istefaya gedə bilər. Sadəcə, qəyyumları onu vəzifədə qalmağa vadar edirlər. Ancaq bu çox davam etməyəcək. Ermənistanın özündə də çox yaxşı başa düşürlər ki, proseslərin arxasında Rusiya dayanıb və Moskva ciddi surətdə Ermənistandakı hakimiyyət strukturlarının dəyişikliyinə kömək edib. Qərb hazırda müəyyən qədər fəallıq nümayiş etdirir, prosesləri diqqətlə izləyir və çox keçmədən nəticələrə qiymət verəcək”.

Q.Hüseynli qarşıda Ermənistanı gözləyən dəyişikliklərdən də söz açıb:

“Hesab edirəm ki, Sərkisyan sonda istefaya gedəcək və Ermənistanda demokratik rejim bərqərar olacaq. Yəqin ki, bütün hakimiyyət strukturları yenilənəcək. Çünki prezident parlamentdə seçilib və bunu qəbul etməyəcəklər. Ölkədəki Konstitusiya dəyişiklikləri, parlament üsul-idarəsi də, ola bilsin, rədd edildi. Çünki orada baş nazirə fövqəladə səlahiyyətlər ayrılıb. Hətta parlament üsul-idarəsi qalsa belə, baş nazirə ayrılan qeyri-məhdud hakimiyyət forması dəyişdirilə bilər”.

Qeyd edək ki, artıq 11 gündür İrəvanda etiraz aksiyaları davam edir.

Tarix
2018.04.23 / 14:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla