Yuxarı

Qərb İrəvana girir: Kreml nə edəcək? – 3 variant

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karapetyan artıq hərəkətə keçib və Paşinyanla dialoqa gedib.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanda baş nazirə qarşı davam edən etiraz aksiyaları ilə bağlı danışan politoloq Şahin Cəfərli deyib. Politoloqun fikrincə, Serj Sərkisyanın iki yolu var:

“Birincisi, fövqəladə vəziyyət elan edib, ordunu hərbi texnika ilə bərabər küçələrə çıxararaq vəziyyəti nəzarətə götürməkdir. İkincisi isə istefa verib, erkən seçki qərarı almaqdır. Birinci variantı tətbiq etməyə Sərkisyanın resursunun olması şübhəlidir. Bu, yalnız Rusiyanın ciddi dəstəyi sayəsində mümkün ola bilər. Amma Rusiya o halda bu addıma gedə bilər ki, əlində Sərkisyanı əvəz edə biləcək alternativ variant olmasın. Rusiyanın isə alternativi var və bu hazırda baş nazirin 1-ci müavini olan “Qazprom”un kadrı Karen Karapetyandır”.

Politoloqun sözlərinə görə, parlament sədrinin təcridxanaya gedib Paşinyan və saxlanılan digər deputatlarla görüşməsi, bu gün aprel döyüşçülərinin və din xadimlərinin etirazçıların sırasına qoşulması, həmçinin tələbə hərəkatının başlaması Sərkisyanın dayaqlarının sarsıldığını göstərir:

“Məncə, ikinci variant hazırkı situasiyada daha ağlabatan görünür. Serj həm baş nazirlikdən, həm də Respublika Partiyası liderliyindən istefaya gedir, yerinə Karen Karapetyan keçir, seçkidə yenə Respublika Partiyası qalib gəlir və beləliklə, hakimiyyət dinc, demokratik yolla Rusiyanın xas adamı Karapetyana ötürülür. Nəticədə xalq da, Rusiya da razı qalır. Qərbin də hadisələrin bu cür inkişafına etirazı ola bilməz”.

Politoloq qeyd edib ki, Sərkisyan mövcud pat vəziyyətindən çıxmaq üçün üçüncü yol da tapa bilər:

“Hər halda ötən müddətdə zəngin siyasi təcrübə toplayıb. İstənilən halda, dünyada Ermənistanın demokratik ölkə imicinin yaranması bizim xeyrimizə deyil”.

Qeyd edək ki, artıq 11 gündür İrəvanda etiraz aksiyaları davam edir.

Tarix
2018.04.23 / 15:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla