Yuxarı

Sərkisyan getdi: İrəvanda nələr dəyişəcək? – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan cəmiyyətinin qatil Serj Sərkisyandan qurtulması bölgədəki durumu dəyişir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Serj Sərkisyanın istefaya getməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sərkisyanı qorumaq istəmədi, ancaq bu o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya Sərkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri “Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq”, - siyasi şərhçi bildirib.

Politoloq ikinci mühüm məqam olaraq rəsmi Bakının da ciddi götür-qoy etməli olduğunu düşünür:

“20 ildir Ermənistan Köçəryan-Sərkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, necə ki, yandırmadılar. İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinədir”.

Qeyd edək ki, Ermənistanın baş naziri az öncə Serj Sərkisyan istefa verib.

Tarix
2018.04.23 / 16:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla