Yuxarı

Erməni deputatlar NATO-nun seminarını tərk etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin deputatları NATO PA-nın Batumidə keçirilən “Rouz-Rout” seminarını tərk edərək İrəvana qayıdıblar.

Axar.az xəbər verir ki, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı Azərtac-a bildirib.

"Erməni deputatların seminarı tərk etməsinə Ermənistanda baş verən son hadisələr, xüsusən də baş nazir Serj Sərkisyanın istefası səbəb olub. Həmin deputatlar Serj Sarkisyanın partiyasını təmsil edirdilər. Ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu, Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”, - deyə M.İbrahimqızı vurğulayıb.

Nümayəndə heyətimizin üzvü qeyd edib ki, NATO PA-nın 97-ci “Rouz-Rout” seminarının ikinci günü, yəni aprelin 24-də Cənubi Qafqazdakı vəziyyət, Gürcüstanda inteqrasiya prosesləri, eləcə də regiondakı təhlükəsizlik və mövcud problemlər diqqət mərkəzində olacaq.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Seminarda Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edirlər.

Qeyd edək ki, bu gün Ermənistanın AŞPA-dakı nümayəndə heyəti də iclasa qatılmayaraq, təcili İrəvana geri dönüb.

Tarix
2018.04.23 / 21:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla