Yuxarı

Ermənistanın vəziyyətinə biganə deyilik - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistanla qonşu ölkədir, buna görə də Ermənistanın vəziyyətinə biganə deyilik. Təəssüf ki, Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni təkcə təcrid olunmuş vəziyyətə, çətin sosial-iqtisadi şəraitə deyil, eyni zamanda, vətəndaş müharibəsinə aparıb çıxarıb.

Axar.az xəbər verir ki, bu fikri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Qeyd edib ki, bu gün nəzərlər Yerevana yönəlib. Ermənistanın vilayətlərində nələr baş verdiyini kim bilir? Erməni hüquq müdafiəçiləri sosial şəbəkələrdə informasiya paylaşaraq, kütləvi həbslərdən xəbər verirlər.

Son hadisələr zamanı İrəvanda saxlanılanlar dövlət binalarını əhatəyə alanlardırsa, digər şəhərlərdə sadə nümayişçilər saxlanılır və onlara zor tətbiq olunur. Əlbəttə ki, bu Ermənistan hakimiyyəti tərəfindən açıqlanmır, ancaq ölkənin hüquq müdafiə təşkilatları bununla bağlı ciddi narahatlıqlarını bildirirlər. İrəvan paytaxtdır, buna görə baş verən hər şey diqqət mərkəzindədir, lakin digər şəhərlərdə baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalır.

Deputat vurğulayıb ki, bu Ermənistanda ilk böyük miqyaslı etiraz aksiyaları deyil, əvvəllər də yüz minlərlə adam etiraz aksiyaları keçirib və hər dəfə nümayişçilər şiddətli basqıya məruz qalıblar. Dünyadakı beynəlxalq təşkilatlar və inkişaf etmiş demokratik ölkələr, baş verənlərə olduqca yumşaq reaksiya göstərirlər.

Dünya ictimaiyyətinin laqeydliyi nəticəsində Ermənistan hökuməti onilliklər ərzində fəaliyyətini davam etdirib, siyasi gücdən istifadə edərək bütün səlahiyyətləri öz əlində saxlamaq üçün hakimiyyət formatını dəyişib. Bu gün Ermənistanda mövcud özbaşınalığa beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün ölkədə baş verən kütləvi etiraz aksiyalar böyük əks -səda doğurub.

“Düşünürəm ki, Azərbaycan ərazilərini işğal edən və bu gün öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb”, - deyə S. Fətəliyeva vurğulayıb.

Tarix
2018.04.24 / 01:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla