Yuxarı

Danışıqlar baş tutmasa, məcburuq ki... - Ramiz Mehdiyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər böyük dövlət yaratmaq istəyirlər. Onların dənizdən-dənizə adlanan ideyası var. Çox səhv ideyadır, buna heç vaxt nail ola bilməyəcəklər. Bu ideyanın başında kilsə dayanıb.

Axar.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev ATV-yə verdiyi müsahibədə deyib.

"Bu günləri Serj Sarkisyan, sabah başqası, onlardan asılı olmayaraq, ermənilərin belə ideyası var. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır və bütün səylərin qarşısını almalıdır”, – deyə R. Mehdiyev vurğulayıb.

PA rəhbəri bildirib ki, Azərbaycan məsələni diplomatik danışıqlar yolu ilə həll etmək istəyir:

"Çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir. Azərbaycan 15 ildə çox geniş inkişaf edib. Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün dünyada tanınır. Prezidentin məqsədi ondan ibarətdir ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Lakin bu baş tutmasa, bizim başqa yolumuz yoxdur - biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik - məcburuq, müharibə yolu ilə münaqişəni həll edək”.

Tarix
2018.04.24 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla