Yuxarı

Ərdoğana rəqib kim olacaq? – Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın zamanlarda Türkiyədə çox maraqlı siyasi rəqabətin şahidi olacağıq.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı prosesləri şərh edərkən deyib. O bildirib ki, Türkiyədə seçkilərin erkən keçirilməsi ilə bağlı qərar qəbul olunmasını iki faktorla əlaqələndirmək olar:

“Burada həm daxili, həm də xarici faktorlarla bağlı səbəblər var. Daxili faktor kimi Türkiyədə gedən müəyyən siyasi prosesləri, eyni zamanda, digər supergüc dövlətlərin Türkiyənin daxili siyasətinə müdaxilə etmək cəhdlərini göstərə bilərik. Xarici faktor isə əsasən Türkiyənin həmin dövlətlərlə xarici əlaqələri və regionda baş verən proseslərlə bağlıdır. Regionda qüvvətli dövlət kimi qalmaq üçün Türkiyə seçki kimi çox vacib bir mərhələni arxada qoymalıdır. Çünki ölkələr adətən ciddi addımlar atmamışdam qabaq daxildə olan proseslərlə bağlı arxayınlıq yaranmasını istəyirlər. Ona görə də Türkiyədə seçki mərhələsinin geridə qalması vacibdir”.

Analitik Türkiyədə AKP-MHP koalisiyasına alternativ irəli sürüləcək vahid namizəd məsələsinə də münasibət bildirib:

“Abdullah Gülün vahid namizədliyinin veriləcəyi deyilsə də, bu, inandırıcı görünmür. Belə düşünürəm ki, burada ilk növbədə Maral Akşənərin namizədliyinin irəli sürülməsi ehtimalı daha böyükdür. Digər tərəfdən, vahid namizəd İYİ Partiyasını təşkil edən qüvvələrin hər birinin razılığını ala və etimadını qazana biləcək biri olacaq. Məsələn, bu namizəd İlkər Başbuğ ola bilər, amma Abdulah Gülün olması ehtimalını çox aşağı qiymətləndirirəm. Nəzərə almaq lazımdır ki, ümumi seçkiyə hazırlıq mərhələsində Türkiyə siyasətində çox maraqlı proseslər gedir. Məsələn, İYİ Partiyasının birdən-birə 15 mandat qazanması artıq onu göstərir ki, siyasi sistemdə olan dəyişikliklər əslində qarşıda çox maraqlı prosesləri izləməyimizə gətirib çıxaracaq. Bununla yanaşı, Türkiyədə parlament seçkiləri də keçiriləcək. Buna da xüsusi diqqət ayırmaq lazım gəlir. Əslində, bu məsələlər paralel gedəcək və bir-biri ilə əlaqədardır. Burada bəzi maraqlı məqamlar var: AKP və MHP koalisiyasının nə qədər səs qazana biləcəyi, ümumiyyətlə, yeni yaranmış İYİ Partiyasının sağ mərkəz problemini nə dərəcədə dolduracağı, İYİ-nin indiyə qədər keçirilən seçkilərdə AKP-nin sağ mərkəzdəki boşluqdan istifadə edərək, hər zaman səs yığa bilməsini dayandıra biləcəyi ilə bağlı məsələlər sual altındadır”.

Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident seçkiləri keçiriləcək.

Tarix
2018.04.26 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla