Yuxarı

Sərkisyanın siyasi süqutunda Əliyevin rolu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı proseslər uzunmüddətli və xaotik hal alacaq.

Bu sözləri Axar.az-a açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov İrəvandakı kütləvi aksiyalara Rusiyanın bu ölkədəki səgərlərinin müdaxilə imkanları ilə bağlı danışarkən deyib. Politoloq bunun səbəbini mövcud parlamentin əksəriyyətinin Qarabağ klanının üzvlərindən ibarət olması ilə əlaqələndirib:

“Bu fonda Ermənistandakı ziddiyyətlər daha da dərinləşir. Hətta Ermənistanın Eçmiədzin şəhərində “Yerkrapa” Müharibə Könüllüləri İttifaqının vitse-prezidentinin öldürülməsi ilk qanın tökülməsinə dəlalət edir. Ermənistandakı proseslər uzunmüddətli və xaotik hal alacaq. Çünki Paşinyan köklü dəyişikliklər istəyir. Lakin mövcud oliqarxlar, Qarabağ klanı və Daşnaksütyun Partiyası sonuna qədər prosesin əleyhinə gedəcəklər. Paşinyanın bu qalibiyyətin altına adını nə dərəcədə yaza biləcəyi hələ sual alındadır. Lakin indidən ortaya çoxlu ziddiyyətlərin çıxacağı məlumdur”.

Politoloq Rusiyanın Ermənistandakı proseslərin kənarında olduğunu düşünmür:

“Əlbəttə ki, sanksiyalar altında olan Rusiya prosesə göründüyü kimi hələ sakit yanaşır. Ancaq Rusiya daxilində siyasətçilər Ermənistandakı vəziyyətdən, xüsusilə də Gümrüdəki mitinqlərdən çox narahatdırlar. Bu üzdən Kremldə Ermənistandakı daxili siyasi vəziyyət çox dərindən təhlil edilir. Moskva sadəcə üzdə neytral olduğuna dair bəyanatlar verir və bu da sırf Rusiyanın indiki vəziyyəti ilə bağlıdır. Rusiya özünü Ukrayna və Suriyadan sonra Ermənistana müdaxilə edən bir qüvvə kimi büruzə vermək istəmir və ehtiyatlı davranır”.

Ekspert Ermənistandakı proseslərin regionda bir sıra geosiyasi dəyişiklərə gətirib çıxaracağını deyib:

“Əgər Qərb, Ukrayna kimi, Ermənistanı da Rusiyanın təsir dairəsindən çıxara bilsə və Paşinyanın planı baş tutsa, regionda vəziyyət dəyişəcək. Çünki Ermənistanda küçələrdə qərbyönümlü qrant təşkilatların nümayəndələri əsas rol oynayır. Qərbyönümlülərin üstünlüyü artsa, bu, Cənubi Qafqazda, xüsusilə də Azərbaycanla sərhəddə yeni bir vəziyyət yarada bilər. Bu fonda Azərbaycan Dağlıq Qarabağ siyasəti müəyyən dəyişiklilərə məruz qalacaq. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin söylədiyi kimi, Azərbaycanın əlində güclü hərbi və siyasi vasitələr var. Soçidə təhlükəsizlik üzrə toplantısının davam etdiyi bir vaxtda Bakının bunu öncədən bəyan etməsi onu göstərir ki, Azərbaycan hazırda təmkinli davranır və problemin gələcək həlli yollarını nəzərdən keçirir. Əgər danışıqlar fayda verməsə, başqa yola əl atılacaq”.

E.Ələsgərov Sərkisyanın getməsinin Azərbaycanın xeyrinə olmaması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb:

“Paşinyanın hakimiyyətə bir şəkildə - Sərkisyanın 1 mart hadisələrinə görə məhkəmə qarşısına çıxarılması fonunda baş tuta bilər. Ümumiyyətlə, Qarabağ klanının Ermənistanda mövcud mövqelərinin qırılması Qarabağ separatçılarının lideri Bako Saakyanın da getməsi deməkdir. Çünki o da Sərkisyanın əlaltısıdır. Bu fonda Dağlıq Qarabağda siyasi ab-hava dəyişiləcək. Ermənistandakı qeyri-stabillik avtomatik Qarabağ ermənilərinə də sirayət edəcək. Beləliklə, Paşinyanın dövründə Qarabağ ermənilərini əvvəlki üsullarla saxlamaq mümkün olmayacaq. Bu hadisələr isə özlüyündə Azərbaycanın lehinədir. Sərkisyanın gedişinin bir səbəbkarı da Azərbaycan prezidentidir. Prezident öz dünyagörüşü və doğru siyasəti ilə Sərkisyanı erməni mentalitetində uduzmağa vadar etdi. Ermənistan iqtisadi, siyasi və hərbi sahədə faktiki Azərbaycana uduzdu və açıq-aşkar Qafqazda Ermənistan-Azərbaycan qarşıdurmasında Azərbaycana tab gətir bilmədi”.

Politoloq başqa bir maraqlı məqama da toxunub:

“Ermənistandakı hadisələr gec-tez Rusiyanın başında çatlayacaq. Çünki rus hərbi bazaları hazırda Ermənistanda əsirdirlər. Əgər 100 min etirazçı Gümrüyə doğru hərəkət etsə, ruslar ermənilərə güllə atmayacaq və hərbi texnikanı qoyub oradan qaçacaqlar. Ermənistan tarixində belə bir şey olub. Lakin hazırda bu barədə danışmaq çox tezdir. Hələ ki, proses Rusiyanın nəzarəti altındadır və Rusiyanın Ermənistandakı siyasi, iqtisadi və hərbi mövqeləri güclüdür. Bir qədər səbrli olmalıyıq, çünki proseslər hələ indi başlayır”.

Tarix
2018.04.26 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla