Yuxarı

İrəvanda aksiyaların iqtisadi təsirləri – Hamı qaçır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandan kapital axını getdikcə daha da artacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert yeni hökumət formalaşanadək və seçkilər keçirilənədək Ermənistanda qeyri- sabitliyin davam edəcəyini deyib:

“İstənilən ölkədə qarışıqlıq və inqilabi proseslər baş verdikdə kapital axını başlayır. Sərkisyan və yaxınları gələcəkdə onlarla bağlı hər hansı cinayət işinin açılmasından ehtiyat edərək çox ciddi korrupsiya yolları ilə əldə etdikləri vəsaitləri ölkədən çıxarırlar. Digər normal və sağlam investorlar isə Ermənistanda hansı hökumətin qurulacağını hələ tam anlaya bilmirlər, ona görə də aranın daha da qarışa biləcəyini düşünərək öz kapitallarını qorumaq üçün investisiyalarla bağlı əvvəl verdikləri qərarlardan imtina edirlər. Bu da təbiidir, çünki gələcəkdə qurulacaq hökumətin atacağı addımlar nəticəsində biznesin fəaliyyətində hansı yenilik və ya çətinliklərin olacağı bəlli deyil. Belə məqamlarda kapital bu mövzulara daha həssas olduğundan özünü qorumağa çalışır. Ermənistanda son zamanlar baş verən hadisələr bunun bariz sübutudur. Bu qeyri-sabitlik nəticəsində də nəinki yaxın zamanlarda, gələcəkdə də Ermənistandan kapitalı axını artacaq. Çünki prosesə Sərkisyan rejiminə yaxın olan və onun vasitəsilə korrupsiya sxemləri ilə milyonlar qazanan insanlar da qoşulacaq”.

İqtisadçı siyasi destabilizasiya ilə yanaşı, iqtisadiyyatı çökməkdə olan Ermənistanda daxili vəziyyətin daha da pisləşəcəyini bildirib:

“Ermənistanda iqtisadi vəziyyət o qədər də ürəkaçan deyildi, ölkə iqtisadiyyatının az qala 70 faizindən çoxu Rusiyadan asılı vəziyyətdədir. Ermənistanda ÜDM kifayət qədər kiçik həcmdədir və əhalinin minimum əmək haqqından tutmuş təqaüdlərin səviyyəsinə, maaşlara qədər ölkə MDB məkanında ən aşağı səviyyələrdən birindədir. Son hadisələrdən sonra ölkədən kapitalın axının sürətlənməsi Ermənistanda yeni iş yerlərinin bağlanmasına, iqtisadi aktivliyin zəifləməsinə səbəb olacaq. Çox güman ki, Ermənistanın milli valyutası dram daha da dəyərsizləşəcək. Artıq proses başlayıb və ölkədə iqtisadi vəziyyət daha da pisləşəcək”.

Qeyd edək ki, “Qraparak” qəzetinin iddiasına görə, Ermənistandan son bir neçə gündə kapital axını artıb. Bəzi investorlar isə ölkəyə yatırım niyyətlərindən müvəqqəti imtina etməli olublar.

Tarix
2018.04.27 / 07:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla