Ana səhifə Gündəm |
Prezident seçkiləri başa çatdıqdan sonra bir sıra partiyalarda "yarpaq tökümü" yaşandı. Bunların arasında "Ümid" də var. Partiyada sədr müavini postunu tutan iki nəfər - Aynur İmranova və Ruslan İzzətli partiya sıralarından istefa verdi. Keçmiş "Ümid"çilər deyir ki, partiya sədri İqbal Ağazadə seçkinin nəticələrini tanımaqla partiya üzvlərini təhqir edir.
Bəs İqbal Ağazadə niyə belə bir addım atıb? Bunun arxasında hansı gizlin nüanslar dayanıb?
Ümid sədrinə yaxın dairələrdən öyrəndiyimiz məlumata görə, İqbal Ağazadə bu addımı partiyanın bütövlüyünü qoruyub saxlamaq üçün atıb və bunu yaxın çevrəsində belə izah edib:
"Seçkinin nəticələrini tanımasaydım, iki müavinim partiyadan çıxmayacaqdı. Amma əvəzində onlarla insan partiya sıralarından uzaqlaşacaqdı. "Ümid"in rayon təşkilatları dağılacaqdı, bir sözlə, partiya parçalanacaqdı. Çünki "Ümid"in bölgələrdəki təşkilatları hökumətin yerlərdəki dayaqları əsasında formalaşıb. İndiki halda iki müavinimi itirdim. Ancaq seçkinin nəticəsini tanımasaydım, "Ümid"i AXCP-nin gününə salardılar".
Tarix
2013.10.14 / 10:00
|
Müəllif
Tural Qurbanlı
|