Yuxarı

Mərakeş mediası Bakıdan yazdı: İpək yolunda...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Bakı ənənə və müasirliyi özündə birləşdirən İpək yolunda olan bir şəhərdir” başlıqlı məqalə dərc edilib.

Azərbaycanın Mərakeşdəki səfirliyindən Axar.az-a bildiriblər ki, məqalədə tarixi yollar ayırıcında yerləşən Bakı şəhərinin görməli yerləri, zəngin tarixi abidələri, həmçinin müasir memarlıq nümunələrindən bəhs edilir. Müəllif yazır ki, tarixi binaların möhtəşəmliyi ilə məşhur olan Bakının gözəl memarlığı bu gün də şəhərin qonaqlarını heyran edir.

Azərbaycanda neft sərvətləri və iri həcmli sərmayələr hesabına dinamik inkişafın müşahidə olunduğu oxucuların diqqətinə çatdırılır. Bakı şəhərinin abadlaşdırılması çərçivəsində görülən işlərin, yeni tikilən binaların memarlıq üslubunun tarixiliyin və müasirliyin sintezini təşkil etdiyi vurğulanır.

Yazıda Bakıdakı Nobel qardaşları Muzeyi, XX əsrin əvvəllərində məşhur azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən qotik memarlıq üslubunda tikdirilən “Səadət sarayı”, Məhəmməd (Sınıq qala) məscidi, tarixi və müasir otellər barədə məlumatlar verilir.

Tarix
2018.05.14 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla