Yuxarı

Erməniləri söyən, sonra Nikola yazan bu şəxs... – Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kimi ortalıqda konkret əməl olmadan qəhrəman elan etmək, tərif yağışına tutmaq lazım deyil.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Leontyevin məktubu isə bir daha sübut etdi ki, bu adam xaraktersiz, qorxaq, Azərbaycanla bağlı fikirləri sadəcə erməniləri qıcıqlandırmaq üçün səsləndirən avantürist varlıqdan başqa bir şey deyil:

“2015-ci ildə Azərbaycana sığınan Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan mətbuat konfransı keçirib Sərkisyan rejiminin əleyhinə çıxış edəndə və bəzi ekspertlərimiz Martirosyanı az qala “Azərbaycanın sadiq dostu” kimi qələmə verəndə, sosial şəbəkələrdə və bəzi kütləvi infornasiya vasitələrində sıradan bir erməni QHT-çisinə dəstək aksiyaları keçiriləndə belə yanaşmanın yanlış olduğunu deyirdim. Tələsmək və Martirosyanın erməni millətçisi olduğunu unutmaq lazım gəlmədiyini, belə məsələlərə ciddi və çoxşaxəli analitik təhlil nəticəsində qiymət verilməsinin vacib olduğunu bildirirdim. Bu mövqeyimə görə məni “topa” tutanlar Martirosyan Azərbaycan sərhədlərindən ayağını kənara qoyan kimi onun əsl simasını gördülər. Amma təəssüf ki, bu hadisədən yenə də nəticə çıxarılmadı”.

E.Mirzəbəyli vurğulayıb ki, Mixail Leontyev Ermənistanla və Nikol Paşinyanla bağlı təhqiramiz ifadələr işlədəndə 2 il öncə Martirosyandan “qəhrəman” düzəldənlər qatı millətçi və sürüşkən mövqeyi ilə seçilən Leontyevi alqışa tutdular:

“Amma heç kim diqqət etmədi ki, Leontyevin Ermənistanla bağlı aşağılayıcı fikirlərini səsləndirdiyi radioproqamda başqa bir aparıcı Nixail Yuryev azərbaycanlıları “fars” adlandırdı. Nə Leontyev, nə də digər aparıcı İlya Savelyev bu avantürist və aşağılayıcı iddianın əleyhinə hər hansı bir fikir səsləndirdi. Bizim hansısa rus jurnalistinin gəlişigözəl sözlərindən xoşbəxt olmaq zamanımız çoxdan keçib”.

Analitik qeyd edib ki, əgər Leontyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Rusiyanın bu prosesə dəstək verdiyini dilə gətirsəydi, Ermənistanla yanaşı, öz ölkəsinin də mövqeyini tənqid etsəydi, o zaman onun fikirlərini təqdir etmək olardı:

“Amma Leontyev Rusiyanın geosiyasi, imperialist maraqlarından çıxış edərək Ermənistanı aşağılamışdı. Biz Rusiya mətbuatında eyni fikirlərin Gürcüstanla, Ukrayna ilə bağlı səsləndirildiyinin də şahidi olmuşuq. Qazaxıstan latın qrafikalı əlifbaya keçidlə bağlı qərar qəbul edəndə eyni aşağılayıcı fikirlər qardaş qazax xalqının ünvanına da səsləndirilirdi. Ona görə də heç bir məsələdə vaxtından əvvəl qərar vermək doğru deyil”.

Qeyd edək ki, tanınmış jurnalist Mixail Leontyev bundan öncə Ermənistandakı etirazları sərt tənqid etmiş, erməniləri Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaqda günahlandırmış, erməniləri aşağılamış, onların Qərbə üz tutması istəyinə “arvad, düş arabadan” kimi məşhur rus məsəli ilə münasibət bildirmişdi.

Ötən gün isə o, Ermənistan Baş naziri Nikol Paşinyana üzrxahlıq məktubu göndərib.

Tarix
2018.05.15 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla