Yuxarı

Saakaşvili amili: İrəvandan sonra Tiflis qalxır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda indiki mitinqlərin uzun müddət davam edəcəyini söyləmək çətindir. Çünki bu, hələ məşqdir, əsas proseslər qarşıdadır.

Bu sözləri Axar.az-a Gürcüstanda baş verən prosesləri şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Gürcüstanda baş verən çalxalanmanın rəhbəri bir nəfər deyil:

“Burada Saakaşvilinin bir neçə gün bundan əvvəl Amsterdamda müxalifət nümayəndələrini toplayıb, onlarla görüş keçirməsi və mütləq Gürcüstana gələrək Gürcü Arzusu Partiyasını hakimiyyətdən kənarlaşdıracağı vədini verməsinin də təsiri var. Saakaşvilinin bu açıqlamaları Gürcüstanda əhali arasında müəyyən impuls yaradıb. Amma baş verənlərin əsas səbəbi Gürcüstanın özünün idarəçiliyində yol verilən səhvlərdir. Məsələn, Gürcü Arzusu bloku seçkidən öncə verdiyi vədlərin böyük hissəsini yerinə yetirməyib. Gürcü Arzusunun rəhbəri kimi tanınan Bidzina İvanişvili əvvəl baş nazir seçilsə də, sonradan guya təvazökarlıq göstərərək, idarəetməni gənclərə buraxırmış kimi kölgəyə çəkildi. Bu vaxt ərzində isə bir-birinin ardınca Gürcüstan bankları İvanişvilinin nəzarəti altına keçdi və o, ölkədəki bütün biznes-kommersiya strukturlarına nəzarəti əlinə aldı. Bunun nəticəsində Rusiyada varlanmış İvanişvili var-dövlətini xeyli artıra bildi. Bundan başqa, o, Rusiya ilə əlaqələrin canlanmasına xidmət edən bir sıra dəyişikliklər həyata keçirdi: hava reysləri yeniləndi, Gürcüstanın MDB-dən çıxmasına baxmayaraq, Rusiya ilə gediş-gəliş artırıldı. Gürcüstanın bəzi məhsulları, xüsusilə çaxır və konyaklar Rusiya bazarlarına yol tapdı. Amma bunlar Gürcüstan əhalisinin maddi-rifah halına o qədər də təsir etmədi”.

Politoloq vurğulayıb ki, İvanişvili Saakaşvilinin məhv etdiyi oliqarx sisteminin yenidən dirçəlməsinə imkan vermədi, əvəzində özü ölkənin baş oliqarxına çevrildi:

“Gürcüstanda əhalinin çox pis yaşadığını söyləmək fikrindən uzağam. Amma gürcü xalqının belə bir deyimi var: Bu gün bizim üçün yaxşıdır, amma sabah bugünkündən daha yaxşı olmalıdır. Yəni gürcülər aza qane olmayan, maddi-rifah halının daim yüksəlməsini tələb edən xalqdır. Bu nöqteyi-nəzərdən də Gürcü Arzusu blokunun fəaliyyəti onları qane etmir”.

Politoloq qeyd edib ki, xalqın Saakaşvilinin yolunu səbrsizliklə gözlədiyini demək düzgün olmaz:

“Amma xalq vəziyyətin daha yaxşıya doğru dəyişməsini istəyir. Məsələn, Tiflisdəki çalxalanmalara gecə klublarında polisin narkotikə qarşı böyük səs-küylə aparılan reydləri səbəb olmuşdu. Sonradan bu prosesə tələbələr, gənclərin müəyyən hissəsi də qatılmağa başladı. Görünür ki, ölkədə proseslərin gedişindən narazı olan qüvvələr formalaşmaqdadır. Müxalif qüvvələr də bu prosesə yavaş-yavaş inteqrasiya olunur. Ola bilsin ki, Saakaşvilinin də Gürcüstanda peyda olmasını müşahidə etdik. Bir müddət sonra Gürcüstanda Bidzina İvanişvili rejiminin devrilməsi istiqamətində fəaliyyətlər başlaya bilər. Çünki vəziyyətin gərginliyini duyan İvanişvili də təkrar siyasətə qayıdıb və hadisələrə birbaşa nəzarət etməyə başlayıb”.

Qeyd edək ki, Tiflisdə gecə klublarında narkotikə qarşı böyük səs-küylə aparılan reydlərdən sonra gənclərin 2 gün fasiləsiz aksiyası keçirilib. Ötən gün DİN rəhbərinin aksiya iştirakçılarından üzr istəməsinin ardından mitinqlərə bir həftə fasilə verildiyi elan edilib.

Tarix
2018.05.15 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla