Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 May 2018


O rəzili geri qaytarın, özümüz cəzalandırmağı bacarırıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixdə Vidadi İsgəndərli kimi rəzil məxluqların yad məmləkətlərdə-indiki halda Fransa torpağında öz vətəninə qarşı döyüşməsi bir vaxtlar faşistlərin ideologiyasına uyanların Hitler ordusı sıralarına qoşulmasına bənzəyir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycandan kənarda fəaliyyət göstərən bir qrup mühacirin ölkəmizə qarşı apardığı çirkin kampaniya ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili heç bir müqəddəslik tanımayan və gün işığından məhrum bir şəraitdə özünü zirzəmi qaranlığına qərq edən Vidadi İsgəndərlinin Yutub kanalı üzərindən axıtdığı çirkaba qarşı hiddətini ifadə edib və hər kəsi fəal vətəndaş mövqeyinə səsləyib:

“Satqının milləti olmur. Hansı torpaqda doğulmaq və ada, soyada malik olmaq bir xalqa mənsubluğa formal aid olmaq hadisəsidir. Əgər ruhunu şeytana, casus şəbəkələrinə və yaxud əsir kimi qaldığın düşərgə mənsublarına təslim etmisənsə, sənin satqından başqa adın yoxdur. Tarixdə Vidadi İsgəndərli kimi rəzil məxluqların yad məmləkətlərdə - indiki halda Fransa torpağında öz vətəninə qarşı döyüşməsi bir vaxtlar faşistlərin ideologiyasına uyanların Hitler ordusu sıralarına qoşulmasına bənzəyir. Cəmi 6 gün əvvəl 2-ci Dünya müharibəsində qələbənin 73-cü ildönümündə tərəqqipərvər insanlar bəşəriyyəti məhvə sürükləyən nasional-sosializm və onların qurduqları 3-cü Reyxi bir daha lənətləyir, insanlığı və canlı aləmi yox etməyə çalışan gestapoçuları, esesçiləri və onlara havadarlıq edən legioner ordularını ən kəskin bir dillə mühakimə edirdilər. Üstündən onillər keçsə də, andrey vlasovların, pyotr krasnovların adı şərəfsizlik lövhəsindən silinmir və iblisə xidmət edənlərin simvolları pislənilir. Hətta müasir Rusiyada adamlar təsadüfi malik olduqları Vlasov soyadını dəyişir ki, özlərini xəyanətkarla bir cərgədə tutmasınlar, onlarla heç bir bioloji, yaxud mənəvi bağlılıqlarının olmadığını göstərə bilsinlər. Məgər Fürerin verdiyi general rütbəsi öz millətinin qarşısında qürurla durduğun sıravi libasdan daha üstündür? Əsla yox. Axı, cəlladların çiynindəki ulduzlar qibtə və sitayiş hissi deyil, nifrət və yalnız qəzəb doğurur.

Məgər barrikadanın o tərəfində keçənlər guya bolşeviklərə, yaxud kommunistlərə nifrətlərini əldə əsas götürüb öz xəyanətlərinə haqq qazanmaq istəmirdilər? İndi Parisin küçələrində demokratiya dilənən Vidadi İsgəndərli və onun hədəqədən çıxan gözlərini telefonun obyektivinə çəkən şəxslər fərqində deyillər ki, elələrinin nə ölüsünü, nə də qəbrini görən olacaq. Çünki özgə torpağına qarışan ruh və cismin Azərbaycana heç bir dəxli yoxdur. Əgər isgəndərlilər əlləri bağlı şəkildə ölkəyə qaytarılsalar, birinci işləri gedib böyük Heydər Əliyev şəxsiyyətindən və onun müqəddəs ruhundan əfv diləmək olacaq. Halbuki elə üfunətli məxluqların xiyabanın daş plitələrinə enən başlarına yalnız satqın möhürü vurulacaq”.

Z.Oruc bildirib ki, Azərbaycan prokurorluq orqanları qəti hərəkətə keçərək, ölkəmiz əleyhinə xarici cəbhələrdə geniş yer alan dəstə üzvlərinin hüquqazidd əməllərinə cavabdehlik istəməli, onların ekstradisiyası üçün qanunvericilik əsasında prinsipial addımlar atmalıdır:

“Dünyanın heç bir ölkəsində cinayətkarı sona qədər mükafatlandırmaq və qoruyub saxlamaq mümkün olmur. Ona görə də Parisin ədliyyə orqanları vlasovları özümüzə qaytarmalıdır. Xalqımız öz dönüklərini cəzalandırmağı yaxşı bacarır!”

Tarix
2018.05.15 / 10:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Zaxarovanın təmsil etdiyi həyasız siyasət hara aparır? - Şərh

Ordumuz Paşinyanı bu "arzusuna" çatdıracaq - Ekspert

Paşinyan gəldi və Rusiya Qarabağ mövqeyini göstərdi

Paşinyanın Bakıya ermənisayaq cavabı - Ekspert

Vaşinqton cənub qonşumuzdan nə istəyir? – Hədəf

ABŞ konqresmenindən ADR ilə bağlı - Bəyanat

On altı icra hakimiyyəti orqanında ictimai şura yaradıldı

Nazir 4 vəzifəli şəxsi işdən çıxardı

Gömrük sədri AB nümayəndəsi ilə görüşdü – Foto

Biz Putinlə Qarabağı müzakirə etdik - Paşinyan

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla