Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 May 2018


Avropanın bu şəhərində fəxri konsulluğumuz açıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də Avstriyanın Sankt Pölten şəhərində Azərbaycanın Aşağı Avstriya, Yuxarı Avstriya və Burqenland federal əyalətləri üzrə fəxri konsulluğunun açılışı olub.

Axar.az xəbər verir ki, fəxri konsulluğun açılışında diplomatik korpusun, Aşağı Avstriya Federal Əyalət Administrasiyasının, Sankt Pölten şəhər meriyasının, müxtəlif şirkət və müəssisələrin təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Fəxri konsul Andreas Köniqsberqer çıxışında uzun illərdən bəri Azərbaycanla əlaqələrə malik olduğunu diqqətə çatdırıb, böyük gələcəyə malik bir ölkənin fəxri konsulu təyin edilməsindən məmnun olduğunu bildirib. Azərbaycan və Avstriya arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsi, iki ölkə arasında müxtəlif sahələrdə körpülərin qurulmasında fəxri konsulluğun var gücünü sərf edəcəyini vurğulayan A. Köniqsberqer Avstriya şirkətləri və iş adamlarını Azərbaycandakı potensial tərəfdaşlarla işgüzar əlaqələr qurmağa dəvət edib. O qeyd edib ki, Azərbaycan Çinlə Avropa arasında infrastruktur dəhlizinin üzərində yerləşən böyük iqtisadi potensiala malik ölkədir və fəxri konsulluq mütəmadi olaraq Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələrin güclənməsinə çalışacaq, iqtisadi missiyaların mübadiləsini həyata keçirəcəkdir.

Ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov Azərbaycanın Avstriyada ilk fəxri konsulluğunun Sankt Pölten şəhərində açılmasının iki dövlət arasında qarşılıqlı əlaqələrdə yeni səhifənin başlanğıcı olduğunu qeyd edib. Avstriya və Azərbaycan arasında diplomatik münasibətlərin 25 ildən artıq tarixə malik olduğunu qeyd edən səfir ölkələr arasında siyasi dialoqun yüksək səviyyədə qurulduğunu və müxtəlif əməkdaşlıq mexanizmlərinin fəaliyyət göstəridiyini diqqətə çatdırıb. Q. İsrafilov ümidvar odluğunu bildirib ki, fəxri konsulluğun açılması ilə Avstriyanın əyalət hökumətləri və işgüzar dairələrin Azərbaycana marağını artıracaq, hər iki dövlətin müxtəlif regionları arasında əlaqələrin qurulmasına şərait yaradacaqdır. O, həm Avstriya qurumları və şirkətlərini, həm də bu ölkədə yaşayan soydaşlarımızı fəxri konsulluqla yaxından ünsiyyətə dəvət edib.

Aşağı Avstriya Federal Əyaləti Administrasiyasında əyalət müşaviri Martin Ayxtinqer təbrik çıxışında tədbir iştirakçılarını əyalət qubernatoru Yohanna Mikl-Laytner adından salamlayaraq, əyalət paytaxtı Sankt Pölten şəhərində növbəti fəxri konsulluğun açılması ilə əyalətin öz beynəlxalq statusunu gücləndirdiyini qeyd edib.

Hər iki ölkə arasında yüksək səviyyədə ikitərəfli münasibətlərin qurulduğunu vurğulayan M. Ayxtinqer iqtisadi əməkdaşlıq göstəricilərinin mövcud potensiala cavab vermədiyini və fəxri konsulluğun siyasi, iqtisadi və mədəni əlaqələrin güclənməsində mühüm rol oynayacağına inamını ifadə edib.

Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) sədri Qerald Qerstbauer rəhbərlik etdiyi təşkilatın iki ölkənin şirkətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsinə çalışdığını bildirib və Avstriyanın əsas iqtisadi regionlarından biri olan Aşağı Avstriyada fəxri konsulluğun açılmasının bu əlaqələrin inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.

Qeyd edək ki, Avstriyanın aparıcı sığorta və investisiya şirkətlərindən biri olan „Safe Invest“ holdinqinin rəhbəri Andreas Köniqsberqer 30 ildən bəri bu sektorda fəaliyyət göstərir. „Safe Invest“ Mərkəzi və Şərqi Avropa ölkələrində 1,3 milyon müştəriyə xidmət göstərir. Sankt Pölten şəhərinin mərkəzində yerləşən fəxri konsulluq həftənin bütün günləri fəaliyyət göstərəcək, həftənin üç günü isə vətəndaşların qəbulunu həyata keçirəcəkdir.

Tarix
2018.05.16 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

MN-dən İrəvana cavab: Təxribatı ört-basdır etmək üçün...

Şəhid verdiyimiz təxribatla bağlı İrəvanın – Gülünc açıqlaması

Hacıyevin etirazına Zaxarovanın əxlaqına uyğun – Cavabı

Moskvadan Bakıya “təsadüfi görüş” cavabının – Məqsədi

Prezidentin əks-hücum bəyanatı hədəfə dəydi: İrəvan təşvişdə

Paşinyanın vədləri: hədəfə hansı pullarla çatacaq? - Ekspert

Türkiyədə 1919 metrlik bayraq heyrət doğurdu - Foto

Telman İsmayılov hücuma keçdi

Prezident Pol Biyanı təbrik etdi

Ağ bayraqla Azərbaycana qaçan erməni tutuldu – Gülünc səbəb

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla