Yuxarı

Zakir Həsənovun açıq mesajı: İrəvan məcbur edilir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Qarabağla bağlı siyasəti birbaşa öz hakimiyyətini qoruyub saxlamağa və daxili auditoriyaya hesablanıb.

Bu sözləri Axar.az-a açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq Azərbaycan prezidentinin ardından Müdafiə naziri Zakir Həsənovun Qarabağla bağlı son bəyanatının təsadüfi olmadığını vurğulayıb:

“Paşinyanın Qarabağla bağlı siyasəti birbaşa öz hakimiyyətini qoruyub saxlamağa və daxili auditoriyaya hesablanıb. Yəni Ermənistanın yeni baş naziri “sərtliyi” ilə əslində sələflərindən fərqlənmədiyi görüntüsünü yaradır. Onun Dağlıq Qarabağın danışıqlarda tərəf kimi çıxış etməsini irəli sürməsi sadəcə bir fənd idi. Ermənistanda baş verənləri çox diqqətlə izləyən Azərbaycan müdafiə nazirinin son bəyanatı mövcud hərbi siyasi durumu yenidən təsdiqləsə də, özlüyündə çox mühüm məqamları ehtiva edir. Hesab edirəm ki, cəmiyyətə verilən mesajlar kifayət qədər açıqdır və artıq İrəvanın məcbur edilməsi prosesi başlayıb”.

Politoloq bildirib ki, Azərbaycan ilk mərhələdə torpaqlarını işğaldan azad etmək üçün vəziyyətə uyğun hərəkət edəcək:

“Yəni vaxtı daralan və başqa çıxış yolu olmayan İrəvan danışıqlara getməli, Azərbaycan torpaqlarını boşaltmalıdır. Nəhayət, bundan sonra Qarabağ problemi yol xəritəsi çərçivəsində həll olunmalıdır. Bu səpkidə artıq Rusiyadan da səslər gəlməkdədir. Rusiyadan yeddi rayonun qaytarılması ilə bağlı verilən son bəyanatları Ermənistana təzyiq və hədə-qorxu kimi də qiymətləndirmək olar”.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir müddət öncə Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatlarına tam hazır olduğunu açıqlayıb.

Tarix
2018.05.16 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla