Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


Ərəb ölkələri üzdə Qüds bəyanatı verir, arxada isə... - Karasik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdsdə ABŞ səfirliyinin açılması dünya dövlətləri tərəfindən birmənalı qarşılanmadı. İsrailin silahsız fələstinli etirazçıları qətlə yetirməsi isə böyük etirazlara səbəb oldu.

ABŞ Qulf Analitik Mərkəzinin politoloqu doktor Teodor Karasiklə bu mövzuda Axar.az-a müsahibəsini təqdim edirik:

– ABŞ-ın səfirliyini Qüdsə köçürməsi böyük sürətilə siyasi arenada qarşıdurmalar və iğtişaşlar yaratdı. Bu addım daha nələrə səbəb ola bilər?

– Amerika səfirliyinin Qüdsə köçürülməsi, fələstinli gənclərin etirazları ilə birlikdə, Fələstinin vətən torpaqları məsələsinin həlli yolunu tapmaq üçün yeni bir fəsil açdı. Şiddət vasitəsilə Fələstin problemi öz həlli yolunu tapa bilməyəcək. Körfəzdə, eləcə də Vaşinqtonda belə bir fikir inkişaf etməkdədir ki, Fələstin sualı yalnız Ağ Ev vasitəsilə öz həllini tapa bilər.

– Türkiyə İsrail səfirini ölkədən qovdu. İsrail də rəsmi Ankaranın cavabını eyni üsulla verdi – türk səfir ölkədən qovuldu. Bu iki ölkə arasındakı qarşıdurmalar son zamanlar səngimək bilmir.

– Türkiyə – İsrail münasibətləri sürətlə məhv olur. Bundan sonra baş veərəcəklər çox önəmlidir. İordaniya ilə Türkiyə İsrail mövzusunda yaxınlaşma nümayiş etdirirlər. Onların Qüds problemi ilə bağlı atacaqları addım ərəb ölkələrinin cavabını istiqamətləndirəcək.

Səudiyyə və Birləşmiş Ərəb Əmirliyi isə Məhəmməd Dahlanı rəhbər təyin edərək Fələstinin dövlət məsələlərini həllini pərdələməyə çalışır.

– İsrailin əliyalın fələstinli etirazçıları qətlə yetirməsi böyük etiraza səbəb oldu. Ərəb dövlətlərinin baş verənlərə ciddi bir reaksiya verməsi gözlənilirmi?

– Ərəb ölkələri aksiya iştirakçılarının öldürülməsi ilə bağlı açıq şəkildə bir bəyanat verir, amma pərdə arxasında ərəb ölkələrinin əksəriyyəti İrana qarşı mübarizədə İsraillə birləşməyə çalışır. İsrail üsyançıların Feysbuk vasitəsilə HƏMAS tərəfindən maliyyələşdirildiyini iddia edir. Bu da öz növbəsində şiddət yaradır. Nəticədə hər iki tərəf günahlandırılır.

Tarix
2018.05.16 / 09:00
Müəllif
Rəfiqə Məmmədova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu ölkənin səfiri Azərbaycan mahnıları ifa etdi - Video

Əliyev İrəvanın bu siyasətini ifşa edirdi - Səudiyyə mediası

Heydər Əliyevin ən güclü silahı bu idi – Video

Bu ölkənin Bakı səfiri missiyasını başa vurdu

Geosiyasi risklər: Paşinyanın yaratdığı qeyri-müəyyənlik - Foto

Bakıdan yayılan bu çağırış heç bir ölkədə... - Sumbal

Zurabişvili Bakı ilə əməkdaşlığın əhəmiyyətini anlayır - Səfir

Bakıda Gerasimov və Skaparotti görüşdü

Heydər Əliyevlə Putinin münasibətləri: Siyasi müəmma...

DSK-nın təmirinə nə qədər vəsait xərclənəcək?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla